“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir

“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir

Futbol

Bugün, 16:50

İngiltərənin “Mançester Siti” klubu "Çelsi"nin argentinalı yarımmüdafiəçisi Enso Fernandeslə maraqlanır.

Olimpnews.az xəbər verir ki, “şəhərlilər"in baş məşqçisi Enso Mareska vaxtilə “Çelsi”də birlikdə çalışdığı futbolçu ilə yenidən bir araya gəlmək istəyir. İtaliyalı mütəxəssisin 25 yaşlı yarımmüdafiəçini “Etihad”a gətirməkdə maraqlı olduğu bildirilir.

Lakin “Çelsi” rəhbərliyi Fernandeslə yolları ayırmaq niyyətində deyil. "Zadəganlar" argentinalı futbolçunu əsas heyətin vacib üzvlərindən biri hesab edir və onun satışını yalnız yüksək məbləğ qarşılığında nəzərdən keçirə bilər.

Bildirilir ki, “Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir. 

Qeyd edək ki, Enso Fernandes 2023-cü ildə “Benfika”dan “Çelsi”yə keçib. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR