“Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq

“Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq

Futbol

18.08.2026, 10:43

Türkiyənin “Fənərbağça” komandası bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

 İstanbul təmsilçisi öz meydanında Fransanın “Lyon” klubunu qəbul edəcək.

“Şükrü Saracoğlu” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu gün, həmçinin daha iki oyun keçiriləcək. Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası evdə Norveçin “Vikinq” klubunu, Bolqarıstanın “Levski” (Sofiya) kollektivi isə Yunanıstan AEK-ini sınağa çəkəcək.

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları avqustun 25-26-da olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR