Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar

Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar

Cüdo

18.08.2026, 15:30

Almaniyanın Heydelberq şəhərində keçirilmiş paracüdo üzrə Avropa çempionatında uğur qazanan Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar.

Milli Paralimpiya Komitəsindən bildirilib ki, 1 qızıl və 3 bürünc medal əldə edən paracüdoçuları Heydər Əliyev Beynəlxalq Aeroportunda ailə üzvləri və media nümayəndələri qarşılayıblar.

Azərbaycan yığmasının heyətində J1 kateqoriyası üzrə +95 kiloqram çəki dərəcəsində çıxış edən İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub. Təcrübəli idmançı ötən il qazandığı titulunu qoruyub.

Dürsədəf Kərimova (+70 kiloqram, J2), Xatirə İsmiyeva (+70 kiloqram, J1) və Saleh Sultanov (81 kiloqram, J1) isə turniri bürünc medalla başa vurublar.

Saleh Sultanov üçün bu, Avropa çempionatında qazandığı ilk medal olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR