Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb

Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb 

Futbol

Bugün, 14:53

Münxen Şəhər Şurası şəhərin 2028-ci ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün namizədliyini təsdiqləyib.

Şəhərin təqdim etdiyi müraciətə əsasən, qarşılaşmanın Münxendəki “Allianz Arena” stadionunda keçirilməsi nəzərdə tutulur.

Münxenin meri Dominik Krauze şəhərin 2025-ci ildə ən yüksəksəviyyəli beynəlxalq idman yarışlarına ev sahibliyi etmək imkanlarını bir daha nümayiş etdirdiyini bildirib.

“Belə turnirlərin yenidən keçirilməsi Münxeni dünyaya qonaqpərvər, idmanı sevən və yüksək səviyyədə təşkilatçılıq qabiliyyətinə malik şəhər kimi təqdim etmək üçün əla imkan olacaq”, - deyə mer vurğulayıb.

2027-ci il Çempionlar Liqasının final qarşılaşması isə Madridin “Metropolitano” stadionunda keçiriləcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi 2027/2028-ci il mövsümündə Çempionlar Liqasının finalının keçiriləcəyi stadionu 2026-cı ilin sentyabr ayının ortalarında müəyyənləşdirəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR