Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib

Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib

Futbol

Bugün, 17:03

İspaniyanın “Real Madrid” komandasının sabiq futbolçusu Luka Modriçin qızı Ema klubun akademiyasına transfer olunub.

13 yaşlı futbolçu Madrid təmsilçisinin qadınlardan ibarət aşağı yaş qruplarında çıxış edəcək.

Ema Modriç daha əvvəl atasının hazırda çıxış etdiyi “Milan” klubunun akademiyasında oynayıb.

Qeyd edək ki, Luka Modriç 2012-2025-ci illərdə “Real Madrid”in formasını geyinib. 40 yaşlı xorvatiyalı yarımmüdafiəçi ötən il “Milan”a keçib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR