Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi

Konfrans Liqası: \"Qarabağ\" səfərdə \"Tvente\"yə qalib gəldi 

Futbol

Bugün, 00:05

Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Olimpnews.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub.

Enshede şəhərində keçirilən oyun Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.

Oyunda vurulan yeganə qolun müəllifi 52-ci dəqiqədə fərqlənən Kadi Borges olub. 

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR