Paraüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar

Paraüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar

Olimpiya dünyası

Bugün, 15:16

Azərbaycanın paraüzgüçülük üzrə milli komandasının üzvləri Raman Salei, Əli Vəliyev və Murad Məmmədov Gəncə İdman Sarayında təlim-məşq toplanışında iştirak edirlər.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi altında avqustun 19-da başlayan toplanış sentyabrın 4-dək davam edəcək.

Qeyd edək ki, toplanış sentyabrın 7-12-də Türkiyənin Kocaeli şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR