Cüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar 

Cüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar 

Cüdo

Bugün, 10:29

Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmə cüdoçular arasında dünya çempionatına yekun vurulub. 59 ölkədən 457 (245 oğlan, 212 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası 14 cüdoçu ilə təmsil olunub. Azərbaycan komandası çempionatı 1 qızıl, 1 gümüş medalla başa vurub. Təmsilçilərimizdən Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub. Çempionatın ilk günündə 50 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu qızıl medal qazanıb. Fərid Rzazadə finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışın son günündə Ayxan Həsənli (81 kq) gümüş mükafata sahib çıxıb. Finala qədər inamla irəliləyən cüdoçumuz həlledici qarşılaşmada rusiyalı Daniyal Biybolatova məğlub olaraq dünya ikincisi olub. Beləliklə, çempionatı 2 medalla tamamlayan komandamız bu nəticə ilə 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR