Voleybol millimiz qrupda son oyununa çıxacaq

Voleybol millimiz qrupda son oyununa çıxacaq

Voleybol

Bugün, 10:48

Bakıda qadın voleybolçular arasında keçirilən Avropa çempionatının C qrupunun oyunları sona yaxınlaşır.

Olimpnews.az xəbər verir ki, Azərbaycan komandası da bu gün qrupda sonuncu oyununa çıxacaq. Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderlandla üz-üzə gələcək. Milli Gimnastika Arenasında keçiriləcək oyun saat 18:30-da başlayacaq. 

Qrupun digər görüşündə Rumıniya yığması İspaniya kollektivi ilə üz-üzə gələcək.

Xatırladaq ki, C qrupunun oyunlarına bu gün yekun vurulur. Hazırda Belçika yığması 13 xalla liderdir. Niderland 9 xalla ikinci, Azərbaycan millisi 8 xalla üçüncüdür. Portuqaliyanın 5, Rumıniyanın 3, İspaniyanın 1 xalı var.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR