Voleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır

Voleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır 

Voleybol

Bugün, 10:00

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında pley-off matçına çıxacaq.

Olimpnews.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu komanda 1/8 final çərçivəsində Türkiyə yığması ilə qarşılaşacaq. 

İstanbuldakı "Sinan Erdem" idman zalında keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR