Pxençxan-2018 "Olimpiya kəndi"ndə görüş - FOTOLAR

 Pxençxan-2018 "Olimpiya kəndi"ndə görüş - FOTOLAR

Pxençxan-2018 Olimpiadasının həyəcanı davam etməkdədir. Bu Olimpiadada iştirak edən 92 ölkənin bayrağı sırasında Azərbaycanın da dövlət bayrağı dalğalanır. Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qlş Olimpiya Oyunlarında ölkəmiz yalnız bir idmançı ilə deyil, həm də rəsmi nümayəndə heyəti ilə təmsil olunur. Bu bir daha onu göstərir ki, Azərbaycan həqiqətən də Olimpiya idellarına daim sadiq olmaqla, dünyanın aparıcı idman dövlətlərindən biri kimi öz önəmli mövqeyini qoruyub saxlayır. Fevralın 10-da Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-n baş katibinin müavini Azər Əliyev, Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov "Olimpiya kəndi"nə gələrək,idmançılar üçün yaradılmış şəraitlə tanış olmuş, burada məskunlaşan idmançımız Patrik Braxner və rəsmi nümayəndə heyətinin üzvləri ilə görüşmüşlər.

Azərbaycan nümayəndə heyətinin məskunlaşdığı mənzil qərargahda keçirilən görüşdə nemayəndə heyətinin şef-de-missionu Anar Bağırov oyunların gündəlik proqramları, Olimpiadada ölkəmizi slalom yarışlarında təmsil edən idmançımızın məşqləri, hazırlığı barədə və Azərbaycan nümayəndə heyətinə yaradılan şəraitlə bağlı məlumat vermişdir. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana və Olimpiya Hərəkatına göstərdiyi diqqət və qayğıdan danışmışdır. O, əmin olduğunu bildirmişdir ki, qış idman növləri bazasından səmərəli istifadə etməklə yerli idmançıların da yetişməsinə düqqət artırılacaq və ölkəmiz növbəti Qış Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunacaqdır. Görüşdə MOK-un baş katibinin müavini Azər Əliyev olkəmizdə bütün idman növlərinin yüksək səviyyədə inkişaf etdiyini, qış idman növlərinin də bu inkişafın sıralarına tezliklə qoşulacağına inandığını bildirmişdir. O, Tokio-2020 Olimpiadasında atletlərimizin, eyni zamanda ağırlıqqaldıranlarımızın yüksək nəticələr göstərəcəyini əminliyini vurğulamışdır. Görüş zamanı ölkəmizi təmsil edən idmançı Patrix Braxner slalom yarışlarında uğur qazanmaq üçün öz imkanlarından səmərəli istifadə etməyə çalışacağını, ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir. Görüşdə qonaqlar Pxençxan-2018-in məşəlinin maketi ilə tanış olmuş. və xatirə şəkli çəkdirmişlər.