Fəridə Əzizova: “Pis günün ömrü az olur ”
Olimpizm xəbərləri
18.04.2020, 17:45
Bu gün dünyamız yeni növ koronovirus təhlükəsinin yayılması ilə üz-üzədir. Bütün dünya dövlətləri, o cümlədən Azərbaycan hökuməti tərəfindən ən təsirli ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Sosial izolyasiya tədbirləri bir sıra sahələrə olduğu kimi, idman sahəsinə də təsirsiz ötüşməyib. Belə ki, planetin ən böyük idman tədbiri sayılan Olimpiya Oyunları, həmçinin Avro-2020, Formula-1 üzrə Qran Pri yarışları və bir sıra dünya və Avropa çempionatları bu pandemiya ilə əlaqədar olaraq təxirə salınıb. Bəs, görəsən idman yarışlarının təxirə salındığı və idman zallarının bağlandığı bir vaxtda məşhur idmançılarımız evdə nə işlə məşğul olurlar, onlar asudə vaxtlarını necə keçirirlər? Olimpiyadunyasi.com və olimpnews.az saytı olaraq Taekvondo üzrə yığma komandamızın üzvü dünya və Avropa çempionatlarının bürünc mükafatçısı, I Avropa Oyunlarının gümüş medalçısı, IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Fəridə Əzizova ilə əlaqə saxladıq. Müsahibimiz suallarımızı səmimi cavablandırdı.
- Fəridə xanım, karantin günlərini necə keçirirsiniz?
- Mən də ailəsini və özünü düşünən hər bir kəs kimi evdə qalır və karantinin qaydalarına riayət edirəm. Demək olar ki, mart ayının 15-dən bu günə kimi evdəyəm. Yalnız həyatı-vacib tələbatlara görə qanunla nəzərdə tutulmuş qaydalara əməl edərək çölə çıxıram, eləcə də insanlarla yaxın təmasdan və ünsiyyətdən qaçıram.
- Bəs məşq prosesinizi hansı qaydada qurmusunuz?
- Bildiyiniz kimi, mən karantindən əvvəl Azərbaycan Taekvondo Federasiyasının (ATF) məşq zalında gün ərzində səhər saat 7-dən axşama kimi, hər biri 2 saat olmaqla 2-3 dəfə məşq edirdim. İllərdir ki, bu proses davam etdiyinə görə artıq mənim də müəyyən bir rejimim var. Evdə oturmağıma baxmayaraq çalışıram ki, yenə də yuxu rejimimi pozmayım. Bunun üçün səhər tez durub, yeməyimi yeyib, günün planını qurmağa başlayıram. Planın böyük bir hissəsini isə məşqlərim təşkil edir. Bu həm mənim çəkimi normada saxlayır, həm də formadan düşməyimə imkan vermir. Qalan boş vaxtımı isə ailəmlə, sevdiyim yazıçıların kitabların oxumaqla və ya film izləməklə keçirirəm.
- Karantin rejimində evdə qalmağın sizə əsas faydası nə oldu?
- Boş vaxtın mənə əsas faydası yeni sağlam qida reseptləri öyrənməyimə imkan yaratdı. Yarımçıq qalan işləri isə təəssüf ki, karantin rejiminə görə tamamlamaq mümkün olmadı.
- "Siz də evdə qal, idmansız qalma" şüarı altında videoroliklər çəkib, canlı yayımlar edirsiniz...
- “Evdə qal, idmansız qalma” şüarı altında dəfələrlə instaqramda canlı yayım vasitəsi ilə krossfit məşq keçmişəm. Hətta məşqlərimlə bağlı videoroliklər çəkib, instaqram hesabımda paylaşıram. Bəzi insanlar var ki, onlar müəyyən səbəblərə görə canlı yayımımı izləyə bilmirlər. Həmin şəxslər məhz videoroliklər vasitəsi ilə evdə şəraitində bu hərəkətlərdən yararlana bilərlər. Beləliklə, çalışıram ki, bir idmançı kimi mən də #evdəqal çağırışlarına əməl edim və insanlara faydalı olan məlumatlar verim.
- Bir idmançı kimi, xalqımıza nə tövsiyyə edərdiniz?
- Bildiyimiz kimi, bütün dünyaya yayılmış COVİD-19 virsunun qarşısının alınmasında ən effektli vasitə evdə qalıb, özünütəcrid etməkdir. İnsanlara tövsiyyəm də məhz bundan ibarətdir ki, özlərinin və doğmalarının həyatını risk altına atmasınlar, tətbiq olunmuş karantin qaydalarına ciddi əməl etsinlər. "Pis günün ömrü az olur" , - deyirlər. Tezliklə bütün çətinliklər geridə qalacaq və həyatımız yenidən öz axarına düşəcək. Bunun üçün isə biz insanlar üzərimizə düşən məsuliyyəti yaxşı dərk etməli, qaydalara riayət etməliyik.
Türkay Niftəliyeva
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
Bugün, 18:25 Gündəm
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Bugün, 16:39 Gündəm
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Bugün, 16:21 Gündəm
-
Azərbaycan İdman Akademiyası “UI GreenMetric 2026” reytinqində irəliləyib
25.09.2026, 14:51 Olimpiya dünyası
-
Fərid Qayıbov Fidel İlli və Leonard Lulay arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
25.09.2026, 14:15 Olimpiya dünyası
-
Məşqçilər üçün seminara yekun vurulub
25.09.2026, 11:53 Atletika
-
Şahmat hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görülüb
25.09.2026, 11:38 Şahmat
-
Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib
25.09.2026, 11:10 Olimpizm xəbərləri
-
Çempionlar Liqası: "Birbaşa Bakı" və "Zirə" 1/8 finaldan mübarizəyə başlayır
25.09.2026, 10:52 Futbol
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
25.09.2026, 10:45 Formula 1
-
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi olub
25.09.2026, 10:38 Futbol
-
Azərbaycan şahmatçıları Olimpiadada Ermənistan və Çexiya ilə qarşılaşacaqlar
25.09.2026, 10:14 Şahmat
-
Formula 2: Sprint yarışında zəncirvari qəza
25.09.2026, 10:00 Formula 1
-
Formula 2-də sprint yarışının qalibi mükafatlandırılıb
25.09.2026, 09:55 Formula 1
-
Formula 2: İsveçli pilot sprint yarışının qalibi oldu
25.09.2026, 09:41 Formula 1
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
25.09.2026, 08:00 Formula 1
-
Azərbaycan boksçusu Avropa çempionu olub
24.09.2026, 22:34 Boks
-
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
24.09.2026, 19:28 Şahmat
-
Çimərlik güləşi üzrə millimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
24.09.2026, 17:48 Güləş
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Azərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub
24.09.2026, 14:00 Olimpiya dünyası
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks