İrina Zaretska: “Karantin ailəmlə gözəl vaxt keçirməyimə fürsət yaradıb”
BOK
23.04.2020, 13:19
Artıq uzun müddətdir ki, koronavirus infeksiyası pandemiyaya çevrilib və milyonlarla insanı qorxu içərisində saxlayır. Koronavirusla mübarizədə ən effektiv vasitə isə sosial izolyasiya tədbirləri hesab olunur. Məlumdur ki, dünyada və Azərbaycanda özünütəcrid bir çox sahə işçiləri kimi idmançılara da təsir edib. Azərbaycan idmançılarının karantin müddətində nə ilə məşğul olduqlarını öyrənmək üçün olimpnews.az saytı idmançılarla əlaqə saxlayır. Budəfəki müsahibimiz hazırda Ukraynanın Odessa şəhərində olan milliləşdirilmiş karateçimiz İrina Zaretskadır. Birinci Avropa Oyunlarının qızıl mükafatçısı, Avropa çempionatının (2016) və lV İslam Həmrəyliyi Oyunlarının qalibi, 2018-ci ilin dünya çempionatının qızıl mükafatçısı ilə maraqlı müsahibəmizi oxucularımıza təqdim edirik.
- İrina, məlumdur ki, bu aralar dövlət tərəfindən hər birimizə #evdəqal çağrışı ünvanlanıb. Siz necə, bu çağırışa tam riayət edə bilirsiniz?
- Bütün dünyada bu qərar bəşəriyyətin sağlamlığı nəzərdə tutulub. Buna görə də, evdə qalmaq ən etibarlı çıxış yoludur. Bakıda olduğu kimi, Odessada da idman zalları, ticarət mərkəzləri və digər yerlər bağlıdır. İnsanların çox olduğu yerlərə zərurət olmadıqda getməməyə çalışıram.
Mən idmançıyam, formamı qorumalıyam. Buna görə də, ev şəraitində məşqlərini davam etdirirəm.
- Lakin bəzi insanlar bu rejimə laqeyd yanaşır və karantin qaydalarına riayət etmirlər.
- Karantin rejiminə insanlar müxtəlif reaksiya verir. Düzünü desəm, mən həmin insanları anlayıram. Çünki karantin ilə əlaqədar iş yerləri bağlıdır. Maddi durum əsas meyardır, gəlir olmasa, onlar üçün çətin olacaq. Amma yenə də, verilən qərarın ciddiliyini anlamaq, özümüzü və yaxınlarımızı qorumaq üçün zərurət olmadan evdən bayıra çıxmamaq lazımdır.
- Yarışların və məşqlərin olmadığı bir müddətdə vaxtınızı necə keçirirsiniz?
- Hamı kimi mən də evdəyəm. Ailəmlə belə vəziyyətdə əsla darıxmıram. Həyat yoldaşımla birgə evdə yemək hazırlayırıq, rəqs edirik, musiqi dinləyirik, məşq edirik. Bir sözlə, bu müddətdə dincəlib, yarışlar zamanı edə bilmədiklərimi edirəm. Yarışlara görə vaxtımın böyük hissəsini səfərlərdə keçirirdim. İndi isə karantin rejimi ailəmlə gözəl vaxt keçirməyimə fürsət yaradıb.
- Bəzi idmançılar sosial şəbəkədə azarkeşlərinə düzgün idmanetmə qaydalarını izah edir. Bəs siz azarkeşlərinizi necə həvəsləndirirsiniz?
- Buyaxınlarda Azərbaycan Milli Olimpiya Komitəsi mənə maraqlı bir layihədə iştirak etməyi təklif etdi. Belə ki, layihə çərçivəsində mən bir yemək hazırlamalı və qidalanmağım barədə danışmalı idim. Bu, çox maraqlı bir layihə idi. Azərbaycan Milli Olimpiya Komitəsi mənə yenidən bu tərzdə layihədə iştirak etməyimi təklif etsə, böyük məmnuniyyətlə qəbul edərəm. Düşünürəm ki, ailə üzvlərimiz üçün yemək hazırlamaq çox zövqverici bir məşğuliyyətdir. Hesab edirəm ki, ailə üzvləri ilə birgə hazırlanan yemək həm daha dadlı olur, həm də insan bu prosesdən müsbət enerji alır. Düzünü desəm, yarışlar zamanı qida rasionum daha sadədir. Lakin hazırda evdə olduğuma görə həyat yoldaşım və özüm üçün müxtəlif yeməklər hazırlayıram. Həyat yoldaşım mənim dadlı yemək bişirdiyimi deyir. Etiraf edim ki, karantin rejiminə ən çox həyat yoldaşım sevinir. Çünki hər gün dadlı və fərqli yeməklər hazırlayıram (gülür). Onun sözlərinə görə, mənim ən dadlı hazırladığım yemək lazanyadır. Bundan əlavə mən instaqram səhifəmdə bir çellenc başlatmışam (bir ayaq üzərində dayanaraq, digərində su butulkası saxlamaq). Sevdirici haldır ki, karate ilə məşğul olub-olmamasından asılı olmayaraq, həm böyüklər, həm də balacalar bu videoya maraq göstərir. Məsələn bu hərəkəti edərək gözəl bir video əldə etmək üçün mən bir saat vaxt sərf etdim. Düşünürəm ki, belə videolar çəkmək maraqlı olar, bu həm sağlamlıq həm də əyləncəli vaxt keçirmək deməkdir.
- Necə düşünürsünüz, karantin müddəti bitəndən sonra insanların əvvəlki həyat rejiminə qayıtması çətin olmayacaq?
- Hesab edirəm ki, böyüklər üçün bu çətin olmayacaq. Çünki insan hər bir vəziyyətə alışmaq qabiliyyətinə malikdir. Azyaşlı uşaqlar üçün isə bu proses bir qədər çətin ola bilər. Çünki uzun müddət istirahətdə olan uşaqlara yenidən səhər tezdən oyanıb, məktəbə getmək o qədər də asan olmayacaq.
- Oxucularımıza karantini səmərəli keçirmək üçün nə məsləhət görərdiniz?
- İnsanların asudə vaxtlarını necə keçirməsi özlərindən asılıdır. Yəni hesab edirəm ki, bizə verilən bu fürsətdən istifadə etmək lazımdır. Evdə qaldığımız müddətdə özümüzü inkişaf etdirmək olar. Məsələn kitab oxumaq, vaxt məhdudiyyəti səbəbi ilə baxa bilmədiyimiz filmləri izləmək və ya hər hansı bir dili öyrənmək olar. İşlərin və məşqlərin olmamasına baxmayaraq, özlərinə bir rejim qursunlar. Axşam tez yatıb, səhər tez dursunlar. Ev şəraitində də idman etmək, sağlamlığımızın qeydinə qalmaq vacibdir. Karantini kiçik bir məzuniyyət kimi qiymətləndirib, gələcək planlarımız üçün güc toplamaq lazımdır.
Türkay Niftəliyeva
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bir cümlə, bir xəbər
Bugün, 11:11 Futbol
-
Paralimpiyaçımız Dünya Kubokunun qalibi oldu
Bugün, 11:02 Güllə atıcılığı
-
"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxır
Bugün, 10:54 Futbol
-
AGF Türkiyə, Qazaxıstan və Mərakeş güləş federasiyaları ilə ikitərəfli anlaşma memorandumları imzalayıb
Bugün, 10:36 Güləş
-
Bu gün üç güləşçimiz medal uğrunda mübarizə aparacaq
Bugün, 10:19 Gündəm
-
U-17 dünya çempionatı: Bu gün daha 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayacaq
Bugün, 10:00 Gündəm
-
Dünya çempionatı: Güləşçimiz finala vəsiqə qazandı
27.07.2026, 20:07 Gündəm
-
Bakıda U-17 dünya çempionatının təntənəli açılışı olub
27.07.2026, 18:08 Gündəm
-
Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
27.07.2026, 17:24 Voleybol
-
Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub
27.07.2026, 16:44 Futbol
-
Daha bir güləşçimiz dünya çempionatının yarımfinalında
27.07.2026, 15:01 Gündəm
-
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
27.07.2026, 14:54 Gündəm
-
Güləşçimiz Bakıda keçirilən dünya çempionatının yarmfinalına vəsiqə qazandı
27.07.2026, 14:33 Güləş
-
Güləşçimiz finalın bir addımlığında
27.07.2026, 14:18 Güləş
-
Güləşçimiz dünya çempionatına qələbə ilə başladı
27.07.2026, 10:55 Gündəm
-
Bakıda güləş üzrə dünya çempionatına start verilir
27.07.2026, 09:50 Gündəm
-
Avropa Cüdo Ümidləri Turniri başa çatdı
26.07.2026, 18:40 Cüdo
-
Kanoeçimiz Avropa çempionatında gümüş medal qazanıb
26.07.2026, 18:16 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
26.07.2026, 16:08 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol