"Dəmir Mayk" rinqə çıxmaq üçün 15 il gözlədi

\"Dəmir Mayk\" rinqə çıxmaq üçün 15 il gözlədi

BOK

20.05.2020, 14:47

 

 

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Şannon Briqs və Mayk Tayson döyüşməyə razılıq veriblər.

Bu barədə Ş.Briqs jurnalistlərə müsahibəsində bildirib. O deyib ki, bu yaxınlarda rəsmi döyüşlə bağlı rəqibi ilə razılığa gəlib.

Ş.Briqs sonuncu döyüşünü 2016-cı ildə keçirib. O, karyerası ərzində 68 döyüşdən 60-da (53-ü nokautla) qələbə qazanıb, 6 dəfə məğlub olub.

"Dəmir Mayk" ləqəbli M.Tayson isə peşəkar karyerasını 2005-ci ildə başa vurub. O, karyerası ərzində 58 döyüş keçirib ki, onların 50-də qələbə (44-ü nokautla) qazanıb. "Dəmir Mayk" altı döyüşdə rinqdən məğlub ayrılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR