22 iyul Milli Mətbuat Günüdür
Olimpizm xəbərləri
22.07.2020, 08:18
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür. Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir. Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı “Olimpiya dünyası” qəzetinin və “Olimpnews.az” saytının kollektivi adından təbrik edir, onlara fəaliyyətlərində uğurlar diləyirik.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İki güləşçimiz dünya çempionatının finalında
28.07.2026, 23:46 Güləş
-
Güləşçilərimiz dünya çempionatına 3 medalla start verdi
28.07.2026, 23:41 Gündəm
-
Atlanta Olimpiadasına hazırlıq dövrü, Olimpiadada iştirak və sonrakı dövrlərdə idmandakı nailiyyət
28.07.2026, 16:26 Olimpiya dünyası
-
İki güləşçimiz dünya çempionatına qələbə ilə başladı
28.07.2026, 12:10 Güləş
-
Rüstəm Orucov: “Azərbaycanın cüdo məktəbi dünyanın ən güclülərindən biridir”
28.07.2026, 11:40 Müsahibə
-
Bir cümlə, bir xəbər
28.07.2026, 11:11 Futbol
-
Paralimpiyaçımız Dünya Kubokunun qalibi oldu
28.07.2026, 11:02 Güllə atıcılığı
-
"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxır
28.07.2026, 10:54 Futbol
-
AGF Türkiyə, Qazaxıstan və Mərakeş güləş federasiyaları ilə ikitərəfli anlaşma memorandumları imzalayıb
28.07.2026, 10:36 Güləş
-
Bu gün üç güləşçimiz medal uğrunda mübarizə aparacaq
28.07.2026, 10:19 Gündəm
-
U-17 dünya çempionatı: Bu gün daha 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayacaq
28.07.2026, 10:00 Gündəm
-
Dünya çempionatı: Güləşçimiz finala vəsiqə qazandı
27.07.2026, 20:07 Gündəm
-
Bakıda U-17 dünya çempionatının təntənəli açılışı olub
27.07.2026, 18:08 Gündəm
-
Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
27.07.2026, 17:24 Voleybol
-
Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub
27.07.2026, 16:44 Futbol
-
Daha bir güləşçimiz dünya çempionatının yarımfinalında
27.07.2026, 15:01 Gündəm
-
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
27.07.2026, 14:54 Gündəm
-
Güləşçimiz Bakıda keçirilən dünya çempionatının yarmfinalına vəsiqə qazandı
27.07.2026, 14:33 Güləş
-
Güləşçimiz finalın bir addımlığında
27.07.2026, 14:18 Güləş
-
Güləşçimiz dünya çempionatına qələbə ilə başladı
27.07.2026, 10:55 Gündəm
-
Bakıda güləş üzrə dünya çempionatına start verilir
27.07.2026, 09:50 Gündəm
-
Avropa Cüdo Ümidləri Turniri başa çatdı
26.07.2026, 18:40 Cüdo
-
Kanoeçimiz Avropa çempionatında gümüş medal qazanıb
26.07.2026, 18:16 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
26.07.2026, 16:08 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo