BOK Rusiya Olimpiya Komitəsi ilə bağlı qərarını yumşaldıb
Olimpizm xəbərləri
07.07.2026, 20:37
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinə tətbiq olunan sanksiyalarla bağlı yeni qərar qəbul edib.
Olimpnews.az xəbər verir ki, təşkilatın İcraiyyə Komitəsi 2023-cü il oktyabrın 12-dən qüvvədə olan statusun dayandırılması qərarını müvəqqəti olaraq aradan qaldırıb. Qərar təşkilatın hüquq komissiyasının apardığı hüquqi qiymətləndirmənin nəticələrinə əsasən verilib.
Bildirilib ki, Rusiya Olimpiya Komitəsi artıq Ukrayna Milli Olimpiya Komitəsinin səlahiyyət dairəsinə aid olan ərazilərdə fəaliyyət göstərən regional idman qurumlarını öz strukturunda saxlamır. Həmçinin Rusiya tərəfi gələcəkdə də həmin ərazilərdə heç bir fəaliyyət həyata keçirməyəcəyinə dair təminat verib.
Bu dəyişiklikdən sonra, antidopinq qaydaları istisna olmaqla, Rusiya idmançıları və komandalarına tətbiq edilən əvvəlki məhdudiyyətlər qüvvədən düşür. Bununla belə, onlar Beynəlxalq Test Agentliyinin nəzarətində olan milli antidopinq proqramına cəlb edilməli və yarışlarda iştirak hüququ əldə etməzdən əvvəl müəyyən olunmuş sayda dopinq yoxlamasından keçməlidirlər.
BOK eyni zamanda bəyan edib ki, yaxın dövrdə öz himayəsi altında keçirilən yarışların Rusiyada təşkili nəzərdə tutulmur. Bundan başqa, Rusiya hökumətini və dövlət qurumlarının nümayəndələrini təşkilatın tədbirlərinə dəvət etməyəcək. Rusiya bayrağı, dövlət himni və digər milli rəmzlərin Olimpiya Oyunlarında istifadəsinə dair yekun qərarın isə sonrakı mərhələdə veriləcəyi qeyd olunub.
BOK əlavə edib ki, Ukrayna ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur və təşkilat bundan sonra da Ukrayna Olimpiya Hərəkatına dəstəyini davam etdirəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Messi millidəki karyerasını başa vurdu
Bugün, 10:48 Futbol
-
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəlib
Bugün, 10:34 Boks
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Bugün, 10:00 Cüdo
-
Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
06.10.2026, 21:23 Cüdo
-
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
06.10.2026, 18:49 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
06.10.2026, 14:44 Cüdo
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
06.10.2026, 11:12 Cüdo
-
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
06.10.2026, 10:41 Velosiped
-
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
06.10.2026, 10:05 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
06.10.2026, 10:00 Cüdo
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
05.10.2026, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
05.10.2026, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
05.10.2026, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05.10.2026, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
05.10.2026, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
05.10.2026, 13:06 Olimpiya dünyası
-
Dünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı
05.10.2026, 12:19 Cüdo
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
05.10.2026, 12:09 Formula 1
-
Daha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində
05.10.2026, 11:12 Boks
-
AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar
05.10.2026, 10:45 Su idman növləri
-
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
05.10.2026, 10:33 Gündəm
-
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
05.10.2026, 10:04 Şahmat
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
05.10.2026, 09:38 Cüdo
-
Əhməd Yusifov: "Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir"
04.10.2026, 20:35 Cüdo
-
Cüdoçumuz Bakıda dünya çempionu oldu
04.10.2026, 18:57 Gündəm
-
Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında
04.10.2026, 15:50 Cüdo
-
Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
04.10.2026, 15:36 Cüdo
-
Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
04.10.2026, 14:55 Cüdo
-
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
04.10.2026, 09:56 Cüdo
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo