Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub

Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub

Olimpiya dünyası

Bugün, 10:34

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Əlcəzairin Oran şəhərində keçirilən Dünya Kubokunun mərhələsində komanda yarışını 4-cü pillədə başa vurub.

Olimpnews.az xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət komanda ilk görüşündə ABŞ seçməsini 45:43 hesabı ilə məğlub edərək ən güclü "səkkizliy"ə yüksəlib. Yığma 1/4 finalda Özbəkistan kollektivi ilə gərgin mübarizədən də eyni hesablı qələbə ilə ayrılaraq yarımfinala vəsiqə qazanıb.

Lakin əvvəlki iki görüşün gedişində Palina Kaspiaroviç və Zərifə Hüseynovanın zədələnməsi səbəbindən Azərbaycan seçməsi yarımfinalda sonradan Dünya Kubokunun qalibi olan Macarıstan yığması ilə qarşılaşmaya çıxa bilməyib. Beləliklə, komanda turniri 21 kollektiv arasında 4-cü pillədə tamamlayıb.

Şəxsi yarışlarda Anna Başta, Palina Kaspiaroviç və Səbinə Kərimova qrup mərhələsini uğurla adlasalar da, pley-off görüşlərində məğlub olaraq əsas mərhələyə yüksələ bilməyiblər. Zərifə Hüseynova isə mübarizəni erkən dayandırıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR