Boks üzrə qazaxıstanlı dünya çempionu Firuzə Şaripova avqustun 15-də Soçidə keçiriləcək turnirə dəvət alıb. Bu barədə Soçi Boks Federasiyasının prezidenti İlya Varov «allfight.ru»ya məlumat verib. «İstəyirik ki, pandemiyadan sonra həmin turniri daha baxımlı edək. Dünyanın ən yaxşılarını Soçidə görmək bizim üçün böyük şərəfdir. Qadınlar arasında dünya çempionu, «WBC Silver» kəmərinin hazırki sahibi Firuzə Şaripovanın həmin yarışda iştirakı bizi sevindirir. Bilirsiniz ki, o, qazaxıstanlıdır. Ölkəsində bu xanımı çox sevirlər. Firuzənin çıxışına baxmaq üçün Soçiyə yüzlərlə qazaxstanlı turist gələcək. Biz bu və ya digər vasitələrlə Soçinin turizm infrastrukturunu bərpa etməyə çalışırıq. Axı, pandemiya bu sahəyə də ciddi zədə vurub», - deyə İlya Varov vurğulayıb.
Federasiyasının prezidentindən turizmə dəstək