Universiadasının loqotipi və talismanları hazırdır

Universiadasının loqotipi və talismanları hazırdır

Rusiyanın Yekaterinburq şəhərində 2023-cü ildə keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının Təşkilat Komitəsi yarışın loqotipini və talismanını seçib. 
TASS agentliyinin yaydığı xəbərə görə ki, bu barədə təşkilat komitəsindən məlumat verilib. Loqotip və talismanlar 2020-ci ilin payızında Yekaterinburqda keçiriləcək “Rusiya idman ölkəsi” beynəlxalq idman forumunda təqdim ediləcək. 
Xatırladaq ki, ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.