AOK-un yeni prezidenti gələn müəyyənləşəcək
 

AOK-un yeni prezidenti gələn müəyyənləşəcək  

 Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi qurumun prezidenti vəzifəsinə seçkilərin 2021-ci ilin fevralında keçirilməsini təklif edib. Bu barədə AOK-un mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, qurumun prezidentliyinə erkən seçkilərin keçirilməsi üçün ilk növbədə AOK-un nizamnaməsinə dəyişiklik edilməlidir. Təklif olunan düzəliş təsdiqlənərsə seçkilər 2021-ci il fevralın sonunda baş tuta bilər.
Xatırladaq ki, AOK-un sonuncu prezidenti Yanes Koçyançiç uzun sürən xəstəlikdən sonra iyunun 1-də vəfat edib. Qurumun əsasnaməsinə görə, birinci vitse-prezident Nils Nyuqor seçkilərə qədər prezident səlahiyyətlərini yerinə yetirir.
Yetmiş doqquz yaşında vəfat edən Y.Koçyançiç 2017-ci ildən AOK-a rəhbərlik edib. O, 2015-ci ildən qurumun İcraiyyə Komitəsinə üzv seçilib. Y.Koçyançiç bir neçə dəfə Azərbaycanda olub. O, ötən il Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimində də iştirak edib.