Brilyant Liqanın mərhələ yarışı gələn ilə təxirə salındı

Brilyant Liqanın mərhələ yarışı gələn ilə təxirə salındı

Çinin Şanxay şəhərində keçirilməsi planlaşdırılan atletika üzrə Brilyant Liqanın növbəti mərhələsi 2021-ci ilə təxirə salınıb. Bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Şanxayda Brilyant Liqanın mərhələ yarışı oktyabrın 17-də baş tutmalı idi. Ümumilikdə bu il Brilyant Liqanın yeddi mərhələsi ləğv edilib.