Şəfəq Hüseynli: “İdmanın fəlsəfəsində sağlamlıq dayanır”
BOK
08.09.2020, 16:20
Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və bu sahənin inkişafına dövlət səviyyəsində böyük dəstək göstərilir. Bu dəstək həm də ədalətli və təmiz idmanın təşviqini özündə ehtiva edir. 2016-cı ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təsis edilməsi də məhz bu məqsədi daşıyır. Agentliyin yaranması ilə Azərbaycanda Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara uyğun Milli Antidopinq Proqramı tətbiq edilir. Milli Antidopinq Proqramına ilk növbədə, yarışma müddəti və yarışmadan kənar müddətdə dopinq nəzarəti testlərinin keçirilməsi və ictimaiyyət, xüsusilə də idman ictimaiyyəti arasında idmanda dopinqlə mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılması daxildir. Bu işlər fasiləsiz, hər il daha da genişləndirilərək həyata keçirilir. Görülən işlərdən və həyata keçirilən layihələrdən daha ətraflı məlumat almaq üçün AMADA-nın baş direktoru Şəfəq Hüseynli ilə əlaqə saxlayıb, ona bizi maraqlandıran sualları ünvanladıq.
- Şəfəq xanım, AMADA qısa müddət ərzində dünyanın aparıcı Antidopinq Təşkilatlarından birinə çevrilib. Bunu gördüyünüz işlərdən, üzv olduğunuz və əməkdaşlıq etdiyiniz təşkilatların quruma göstərdiyi etimaddan açıq-aşkar görmək olar.
- Bu fikirlə tamamilə razıyam. Əvvəlcə qeyd etmək istəyirəm ki, Antidopinq Proqramının icrasında AMADA müxtəlif qurumlarla, xüsusilə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və yerli idman federasiyaları ilə əməkdaşlıq edir. Həmçinin, müəyyən qanun pozuntuları üzrə hüquq mühafizə orqanları və digər aidiyyatı dövlət qurumları ilə əlaqəli işlər görülür.
Qısa müddət ərzində AMADA-nın beynəlxalq fəaliyyəti aktivləşdi. Məhz bu fəaliyyətin nəticəsidir ki, AMADA-nın müxtəlif heyət üzvləri Ümumdünya Antidopinq Agentliyində (WADA) Təhsil Komitəsinin, Milli Antidopinq Təşkilatları üzrə Xüsusi Məşvərət Qrupunun, habelə Avropa Şurasının "İdmançıların ədalət mühakiməsinə maneəsiz çıxışı” üzrə, "İfşaedənlərin müdafiəsi”üzrə Xüsusi İşçi Qruplarının, Avropa Şurasının Hüquq və Təhsil üzrə Məşvərət Qruplarının ekspert qismində üzvləri kimi və Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə Xüsusi Avropa Komitəsinin (CAHAMA) Gender Bərabərliyi üzrə məruzəçisi kimi ekspert qismində seçilmişlər.
Əlavə olaraq, AMADA-nın Dopinq Nəzarəti İnspektorları buyaxınlarda Beynəlxalq Test Agentliyi ilə əməkdaşlığımız çərçivəsində sözügedən təşkilatın Beynəlxalq Dopinq Nəzarəti İnspektorları üçün Təlim-Sertifikat proqramına qoşulublar. İlk mərhələdə dünya üzrə cəmi 8 milli və regional Antidopinq Agentliklərinin qatıldığı proqramın məqsədi beynəlxalq səviyyəli mütəxəssislər hazırlamaqdır və bu proqramı müvəffəqiyyətlə başa vurmuş əməkdaşlarımız Beynəlxalq Dopinq Nəzarəti İnspektoru statusuna layiq görüləcəklər.
Biz bütün bu istiqamətlərdə fəaliyyətimizi davam etdirir və daha da genişləndiririk, çünki bizim əsas məqsədimiz dünyanın aparıcı Antidopinq Təşkilatlarından biri olaraq qalmaqdır.
- Hazırda pandemiya dövründəyik. Koronavirus həyatın bütün sahələrinə, o cümlədən də idmana öz təsirini göstərdi. AMADA-nın işinə pandemiyanın təsiri necə oldu və bu ərəfədə işinizi necə qurdunuz?
- Bizim, hər il olduğu kimi, 2020-ci ildə də nəzərdə tutduğumuz fəaliyyət proqramı əvvəlcədən hazır idi. Bura testlərin götürülməsi, beynəlxalq əməkdaşlıq, maarifləndirmə və sair məsələlər daxildir.
Şübhəsiz ki, COVİD-19 pandemiyası bütün sahələrə olduğu kimi, bizim fəaliyyətimizə də təsirini göstərdi. Biz bir müddət dopinq nəzarəti testlərinin keçirilməsi prosesini dayandırmalı olduq. Bu məqamda qarşıda duran əsas məsələ Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları və ölkədəki karantin rejiminin tələblərinə uyğun olaraq fəaliyyətimizi qurmaq idi. Biz xüsusi onlayn toplantı keçirdik və mövcud vəziyyəti ətraflı təhlil edərək çevik qərarlar qəbul etdik. Bununla da əvvəlcədən hazır olan fəaliyyət proqramımızı Operativ Qərargahın və karantin rejiminin tələblərinə adaptasiya etdik.
Fəaliyyətimizin ən vacib istiqamətlərindən birini test keçirilmə prosesi təşkil edir ki, biz öz inspektorlarımızı bütün zəruri təhlükəsizlik vasitələrilə təmin etdik ki, onlar prosesi xüsusi geyimlər və maskalarda karantin rejiminin tələblərinə tam şəkildə riayət edərək həyata keçirsinlər.
Bildiyiniz kimi, AMADA-nın fəaliyyətində digər vacib istiqamət maarifləndirmədir. Bizim əməkdaşlarımız onlayn formada çoxlu sayda vebinarlarla maarifləndirmə işini həyata keçirirlər. Bu prosesə müvafiq respublika idman federasiyaları və idmançılar cəlb edilir. Artıq görülən işlərə əlavə olaraq biz idmançıların, onların köməkçi heyətlərinin və ümumiyyətlə bu sahə ilə maraqlananlar üçün antidopinq məlumatlılığının artırılması məqsədilə onlayn təhsildən istifadəyə önəm veririk. Bildiyiniz kimi, pandemiya şəraitində onlayn təhsilə olan tələb ümumiyyətlə artmışdır, lakin biz bu sahəyə hətta ondan əvvəl diqqət göstərməyə başlamışıq. Bildiyiniz kimi, idmançıların cədvəli həddindən artıq məşğul olur və onlara öz sürətləri və azad vaxtlarında yeni məlumat əldə etmək imkanını təmin etmək çox əhəmiyyətlidir.
Pandemiya dövrü ərzində beynəlxalq əməkdaşlıq məsələlərini də uğurla davam etdirdik. Bir çox beynəlxalq tədbirlərdə onlayn formatda iştirak etdik. Buna misal olaraq WADA-nın Milli Antidopinq Təşkilatları üzrə Xüsusi Məşvərət Qrupunun, WADA-nın Təhsil Komitəsinin, YUNESKO-nun "İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyası üzrə İmza Tərəflərin Milli Platformalarının, Avropa Şurasının İşçi Qruplarının və digər əməkdaşlıq görüşlərini göstərmək olar. Bu tədbirlərdə AMADA bir sıra təkliflərlə çıxış etdi və qəbul olunan qərarlarda bu təkliflər də öz əksini tapdı.
- Keçirilən onlayn tədbirləri effektiv saymaq olarmı?
-Təbii ki canlı ünsiyyətlə baş tutan tədbirlər daha effektlidir. Amma yaranmış şərait fəaliyyəti dayandırmaq üçün əsas deyil. Biz mövcud şəraitin tələblərinə uyğun olaraq bütün istiqamətlərdə fəaliyyətimizi davam etdirdik. Onlayn formatda keçirdiyimiz tədbirlərin effektini də görürük.
- Postpandemiya dövründə AMADA hansı işləri görməyi planlaşdırır?
- Bildirmək istəyirəm ki, AMADA öz fəaliyyətini uzun müddətli strategiya üzərində qurub. Belə ki, bizim 2019-2022 ci illəri əhatə edən inkişaf startegiyamız mövcuddur.
Burada nəzərdə tutulan bütün məsələlər təqvimə uyğun olaraq reallaşdırılır. Hətta zaman və şəraitin tələbləri nəzərə alınaraq bu proqrama müəyyən əlavələr edilir və biz bunu tam şəkildə icra edirik. Pandemiyanın nə vaxt bitəcəyi hələ məlum deyil. Belə şəraitdə effektiv fəaliyyəti təmin etmək üçün effektiv idarəetmə yanaşması, ələlxsus risklərin idarəedilməsi çox mühümdür. Biz mütəmadi olaraq vəziyyəti təhlil edir və buna uyğun addımlar atırıq. Yəni bizim müəyyən edilmiş fəaliyyət proqramımız var və onları mövcud vəziyyətə görə adaptasiya edib, icra edirik.
- AMADA-da yeniliklərlə bağlı xəbərləri izləyirik. Bunlardan biri də İdmançılar Məsləhətçi Komissiyasının yaradılması və bu komissiyaya sədr və sədr müavini seçilməsi idi. Mümkünsə, bu barədə məlumat verərdiniz.
- İdmançı hüquqlarının qorunması AMADA-nın fəaliyyətində əsas prioritetlərdəndir. İdmançılar Məsləhətçi Komissiyasının missiyası da məhz AMADA daxilində idmançıları təmsil etmək və idmançıların hüquqlarının müdafiəsi və təmiz idmanın təşviqi ilə bağlı AMADA-ya tövsiyələr verməkdir. Qeyd edim ki, Komissiyanın tanınmış və peşəkar idmançılardan ibarət 12 üzvü var. Komissiyanın aktiv fəaliyyəti üçün ilk növbədə sədr və sədr müavini seçilməli idi. Keçirilən seçkilərdə komissiya üzvləri özləri namizədləri irəli sürdülər və onların yekdil rəyləri ilə tanınmış idmançılar İlham Zəkiyev sədr, Hacı Əliyev isə sədr müavini seçildi. Mən inanıram ki, idmançıların hüquqlarının müdafiəsi və təmiz idmanın təşviqi baxımından komissiya aktiv olacaq və ümumi işimizə öz töhfəsini verəcək.
- AMADA tərəfindən diskvalifikasiya olunan idmançılarımızın adları artmaqda davam edir.
- Mən deməzdim ki, diskvalifikasiya edilən idmançıların sayı artır. Bu, illər üzrə rəqəmlərin müqayisəsində belə görünür. Əslində isə, bu keçirilən test saylarının nisbəti ilə hesablanmalıdır. Məsələn, biz 2017-ci ildə 487 test keçirmişik və 21 idmançı barədə antidopinq qayda pozuntusuna görə, idmandan uzaqlaşdırma qərarı verilib. Bu isə götürülən testlərin 4,5 faizini təşkil edir. 2018-ci ildə 817 test keçirilib və 27 antidopinq qayda pozuntusu aşkarlanıb. 2019-cu ildə isə 1594 test üzrə 22 qayda pozuntusu aşkarlanıb.
Bir məqamı da diqqətinizə çatdırım ki, mətbuatda adətən bu məsələyə idmançıların cəzalandırılması və idmandan uzaqlaşdırılması kimi yanaşılır. Amma burada daha vacib məqam ədalətin bərpa olunmasıdır. Nəzərə almalıyıq ki, dopinqdən istifadə edib nailiyyət qazanmış idmançı dürüst yarışan digər idmançıların hüquqlarını pozur. Məsələyə həm də hüquqları pozulan idmançıların hüquqlarının bərpası konteksindən yanaşılmalıdır. Bu, təmiz idmana və ədalətə olan inamı qorumaq üçün vacibdir.
Digər vacib məqam da antidopinq qayda pozuntusuna yol vermiş idmançıların məhz ölkə daxilində aşkarlanmasıdır. Arzuolunandır ki, idmançılar antidopinq qayda pozuntularına yol verməsinlər. Lakin, əgər belə hal baş verirsə, onların məhz ölkə daxilində aşkarlanması yaxşıdır, çünki beynəlxlaq yarışlarda aşkarlanan antidopinq qayda pozuntuları ölkəmizin idman nüfuzuna xələl gətirir.

- Bir müddət əvvəl yayılan xəbərlərdə qeyd olunur ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) idman nəticələrinə təsir etməyən narkotik vasitələrdən istifadə üçün cəzanı yüngülləşdirəcək. AMADA-nın bu məsələ ilə bağlı fikirlərini bilmək istərdik. - Bəli, WADA səviyyəsində belə müzakirələr aparılıb və artıq qərar da qəbul edilib. Burada söhbət bir sıra narkotik tərkibli xüsusu maddələrdən gedir. Yəni antidopinq məcəlləsində bu maddələrin aşkarlanmasına görə, nəzərdə tutulan sanksiya üç aya endirilib. Amma idmançının hansı halda həmin maddədən istifadə etdiyi burada əsas götürülür. Əgər idmançı idman göstəricilərinin süni yüksəldilməsi məqsədi ilə bunu edibsə, ona yüngülləşdirilmiş sanksiya tətbiq edilmir. Yüngülləşdirilmiş hal yalnız o halda tətbiq edilir ki, idmançı həmin maddədən əyləncə, yaxud digər məqsədlə istifadə edib və onun idman göstəricilərinə təsir etməyib. Yeri gəlmişkən qadağan olunmuş maddələrin yeni siyahısı hər ilin sentyabrında açıqlanır və növbəti ilin yanvarın 1-dən qüvvəyə minir. Yəni bu ay biz biləcəyik ki, yüngül cəzanın nəzərdə tutulduğu maddələr hansılardır. Mənim şəxsi fikrim isə ondan ibarətdir ki, idmanın fəlsəfəsində sağlamlıq dayanır. Yeni antidopinq məcəlləsində də sağlamlıq prinsipi ilk sıradadır. Narkotik vasitələr isə, insanın həm fiziki, həm də ruhi sağlamlığına təsir edən bir bəladır. Narkotik vasitələrin istifadəsi təmiz idmana və onun ruhuna ziddir. İdmançı həm də sağlam həyat tərzi ilə örnək olmalıdır. - Qurumun yerli KİV-lə əlaqələrində yeniliklər gözlənilirmi? - AMADA hər zaman mətbuata açıq bir qurum olub. İstənilən jurnalist onu maraqlandıran sualları bizə ünvanlaya və qısa müddətdə də cavab ala bilər. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, biz özümüz mətbuatla geniş şəkildə əməkdaşlıq etməkdə maraqlıyıq. Çünki antidopinq prosesinin əhəmiyyətli bir hissəsini maarifləndirmə təşkil edir. Bu istiqamətdə KİV-in və sosial şəbəkələrin imkanları çoxşaxəlidir. Biz də bu imkanlardan maksimum yararlanmaq istəyirik. Xüsusilə nəzərə almalıyıq ki, Ümumdünya Antidopinq Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Milli Antidopinq agentlikləri, idman federasiyaları və idmançılar üzərinə yeni vəzifə və öhdəliklər qoyulub. Bu yeniliklərin ictimaiyyətə, o cümlədən də idman ictimaiyyətinə dolğun şəkildə çatdırılması vacibdir və bu məsələdə mətbuatın rolu əvəzsizdir. Biz KİV-lə əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Gələcəkdə mətbuatla birgə layihələr də reallaşdırmağı planlaşdırırıq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İki güləşçimiz dünya çempionatının finalında
28.07.2026, 23:46 Güləş
-
Güləşçilərimiz dünya çempionatına 3 medalla start verdi
28.07.2026, 23:41 Gündəm
-
Atlanta Olimpiadasına hazırlıq dövrü, Olimpiadada iştirak və sonrakı dövrlərdə idmandakı nailiyyət
28.07.2026, 16:26 Olimpiya dünyası
-
İki güləşçimiz dünya çempionatına qələbə ilə başladı
28.07.2026, 12:10 Güləş
-
Rüstəm Orucov: “Azərbaycanın cüdo məktəbi dünyanın ən güclülərindən biridir”
28.07.2026, 11:40 Müsahibə
-
Bir cümlə, bir xəbər
28.07.2026, 11:11 Futbol
-
Paralimpiyaçımız Dünya Kubokunun qalibi oldu
28.07.2026, 11:02 Güllə atıcılığı
-
"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxır
28.07.2026, 10:54 Futbol
-
AGF Türkiyə, Qazaxıstan və Mərakeş güləş federasiyaları ilə ikitərəfli anlaşma memorandumları imzalayıb
28.07.2026, 10:36 Güləş
-
Bu gün üç güləşçimiz medal uğrunda mübarizə aparacaq
28.07.2026, 10:19 Gündəm
-
U-17 dünya çempionatı: Bu gün daha 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayacaq
28.07.2026, 10:00 Gündəm
-
Dünya çempionatı: Güləşçimiz finala vəsiqə qazandı
27.07.2026, 20:07 Gündəm
-
Bakıda U-17 dünya çempionatının təntənəli açılışı olub
27.07.2026, 18:08 Gündəm
-
Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
27.07.2026, 17:24 Voleybol
-
Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub
27.07.2026, 16:44 Futbol
-
Daha bir güləşçimiz dünya çempionatının yarımfinalında
27.07.2026, 15:01 Gündəm
-
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
27.07.2026, 14:54 Gündəm
-
Güləşçimiz Bakıda keçirilən dünya çempionatının yarmfinalına vəsiqə qazandı
27.07.2026, 14:33 Güləş
-
Güləşçimiz finalın bir addımlığında
27.07.2026, 14:18 Güləş
-
Güləşçimiz dünya çempionatına qələbə ilə başladı
27.07.2026, 10:55 Gündəm
-
Bakıda güləş üzrə dünya çempionatına start verilir
27.07.2026, 09:50 Gündəm
-
Avropa Cüdo Ümidləri Turniri başa çatdı
26.07.2026, 18:40 Cüdo
-
Kanoeçimiz Avropa çempionatında gümüş medal qazanıb
26.07.2026, 18:16 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
26.07.2026, 16:08 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo