Nəriman Abdullayev: “Yarışlara qədər idmançılarımız əvvəlki fiziki formalarını tam bərpa edəcəklər”
Olimpizm xəbərləri
16.09.2020, 14:12
“Ölkəmizdə sərtləşdirilmiş karantin rejiminin yumşaldılmasından sonra boks üzrə yığma komandamız açıq havada məşqləri bərpa edib. Operativ Qərargahın qoyduğu tələblərə uyğun olaraq məşqlər açıq hava şəraitində, əsasən isə Heydər Əliyev Mərkəzinin ərazisində və Dənizkənarı Milli Parkda keçirilir”.
Bu sözləri “Olimpiya dünyası” qəzetinə açıqlamasında boks üzrə yığma komandanın böyük məşqçisi Nəriman Abdullayev deyib. Təcrübəli mütəxəssisin sözlərinə görə Federasiya rəhbərliyi tərəfindən idmançılara məşqlərdə karantin qaydalarına əməl olunması ilə bağlı zəruri təlimatlar verilib. “Uzun müddət təlim-məşqlərin keçirilməməsi, yarışların olmaması idmançıların hazırlıq səviyyəsinə də bir qədər təsir göstərib. Boks Olimpiya idman növüdür və mütəmadi olaraq məşqlərin keçirilməsi vacibdir. Biz məşqçilər də məhz bunun üçün çalışırıq ki, idmançılarımızın hazırlığını lazımi səviyyəyə qaldıraq. Bildiyiniz kimi, karantin rejiminə görə idmançılarımız məşqlərini ev şəraitində etdilər. Təbii ki, belə olan halda taktiki və texniki hazırlıqlar üzərində çalışmaq bir qədər çətin olur. Bundan əlavə idmançı evdə məşq edərkən onun sparrinqi də olmur. Amma boksçular bunu kölgə döyüşü və kisələrlə məşq edərək əvəzləyə bildilər. Məşqçilər də öz növbəsində idmançılara müəyyən proqramlar vermişdilər ki, onlar həmin proqramlar vasitəsi ilə öz fiziki formalarını qorumağa çalışırdılar. Sevindiricidir ki, bütün bunlara baxmayaraq idmançıların idmana olan həvəsləri yüksək səviyyədədir. Bunu son bir neçə gün ərzində açıq havada məşqlərə başlayan hər bir idmançının hərəkətindən və məşqə yanaşmasından görmək olar. Komandanın üzvləri böyük sevinc və həvəslə hazırlıqlara başlayıblar. Təbii ki, məşqlərimizin açıq havada olmasına baxmayaraq Operativ Qərargahın göstərişlərinə uyğun olaraq, sosial məsafə prinsipləri və digər karantin qaydaları gözlənilir. Uşaqlar məşqlərdə tibbi maskalardan deyil, idmançılar üçün olan xüsusi maskalardan istifadə edirlər. Həmin maskaların materialı kapron olur və nəfəs alıb-vermək bir qədər çətinlik yaradır. Amma maskanı çıxardıqda onlar daha rahat şəkildə nəfəs alırlar. Hazırlıqla bağlı ümumi vəziyyət pis deyil. Amma düşünürəm ki, qarşıdakı yaxın aylarda yarış olarsa, bu idmançılara daha da böyük ruh yüksəkliyi verər. Çünki idmançılar bilər ki, yaxın aylarda hər hansısa bir turnir var və o yarışda mükafatçılar sırasında yer almaq üçün daha yüksək forma yığar. Bundan əlavə yarışın olması idmançıda məqsəd və həvəs yaradır. Amma Beynəlxalq Boks Assosiasiyası (AİBA) bu barədə hələ ki, bir məlumat verməyib. Yəqin ki, bu ilin sonuna qədər heç bir rəsmi yarış olmayacaq. Hələ ki, biz də bu barədə AİBA-dan xəbər gözləyirik”, - deyə Nəriman Abdullayev qeyd edib. Təcrübəli mütəxəssis karantin rejimindən sonra idmançıların zədə almaması üçün məşqlərin mərhələli şəkildə keçiriləcəyini bildirdi. “İdmançılar uzun müddətdir ki, peşəkar səviyyədə məşqlərdən kənarda qalıblar. Düzdür bu passivlik onların qarşıdakı vaxtlarda zədə almasına da təsir edə bilər. Bu bir faktdır ki, belə hadisələrə rast gəlmək olar. Bunun üçün məşqçilər heyəti də bütün bilik və bacarığı ilə idmançılara kömək edəcək ki, belə hallarla üzləşməyək. İdmançını birdən-birə çox yükləmək olmaz. Hazırlıq səviyyəsi mərhələli şəkildə olmalıdır. Operativ Qərargahın qapalı məkanlarla bağlı qərarından sonra komandalar öz bazalarında təlim-məşq toplanışına başlayacaqlar. Zallarda da məşqlərə icazə verilərsə, yeni yarışlara qədər idmançılarımız əvvəlki fiziki formalarını tam bərpa edə biləcəklər”, - deyə yığma komandanın böyük məşqçisi bildirib.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
Bugün, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
Bugün, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
Bugün, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
Bugün, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
Bugün, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
Bugün, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
Bugün, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol
-
İspaniya Dünya çempionatının finalına vəsiqə qazandı
15.07.2026, 01:04 Futbol
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
14.07.2026, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
14.07.2026, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
14.07.2026, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
14.07.2026, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
14.07.2026, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
14.07.2026, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
14.07.2026, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat
-
Azərbaycan avarçəkənləri Potidə 18 medal qazanıblar
13.07.2026, 10:52 Olimpiya dünyası
-
Çimərlik voleybolçularımız mükafatçılar sırasında
13.07.2026, 01:30 Voleybol
-
Sərbəst güləş millimiz rekorda imza atdı
13.07.2026, 00:53 Gündəm
-
Beynəlxalq turnirin finalçıları ilə görüş olub
12.07.2026, 19:04 Olimpiya dünyası
-
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
12.07.2026, 18:39 Gimnastika
-
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
12.07.2026, 10:16 Güllə atıcılığı
-
Gimnastlarımız Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
12.07.2026, 09:53 Gimnastika
-
DÇ-2026-nın yarımfinal cütləri müəyyənləşib
12.07.2026, 09:33 Futbol
-
DÇ-2026: Argentina millisi yarımfinala vəsiqə qazandı
12.07.2026, 08:08 Futbol
-
Dünya çempionatı: İngiltərə millisi yarımfinalda
12.07.2026, 04:00 Futbol
-
Güləşçimiz Avropa çempionu oldu
12.07.2026, 00:48 Güləş
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər