Saxta arayışa görə diskvalifikasiya

Saxta arayışa görə diskvalifikasiya

Rusiyalı fiqurlu konkisürən Mariya Sotskova saxta tibbi arayış hazırlaması səbəbi ilə 10 il müddətində diskvalifikasiya edilib.
Qeyd edək ki, M.Sotskova bu ilin iyul ayında karyerasını bitirməsi barədə məlumat vermişdi. Fiqurlu konkisürən  2017-2018 illər mövsümündə Qran-pri yarışlarında gümüş madal qazanıb. İdmançının hesabında həmçinin  Rusiya çempionatının  gümüş və bürünc medalları var. 2018-ci ildə Koreya Respublikasının Pxençan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında isə idmançı 8-ci yerdə qərarlaşmışdı.