Elnur Amanov: “Normal məşqlərimizə geri qayıdacağımız günü səbirsizliklə gözləyirik”
BOK
24.09.2020, 15:56
Taekvondo üzrə yığma komandanın məşqçisi, qadınlardan ibarət milli komandanın baş məşqçisi Elnur Amanov “Olimpiya dünyası” qəzetinə müsahibə verib. Təcrübəli mütəxəssis taekvondo üzrə yığmamızın açıq havada keçirilən məşqlərindən, komandamızın hazırki vəziyyətindən və bir sıra məsələlərdən danışdı. Həmin müsahibəni oxucularımıza təqdim edirik. - Elnur müəllim, açıq havada məşqlərə icazə verildikdən sonra Azərbaycanın Olimpiya idman növləri üzrə bəzi milli komandaları artıq hazırlığa başlayıblar. Taekvondo Federasiyasında vəziyyət necədir? - Biz də digər federasiyalar kimi, karantin rejiminin yumşaldılmasından sonra açıq havada yüngül məşqlərə başlamışıq. Məşqlərimizi əsasən, Heydər Əliyev Mərkəzinin ərazisində qaydalar çərçivəsində keçirik. Bu məşqlər əsasən idmançıların formadan tam düşməməsi üçündür. Məşqlər əsasən qaçış və müəyyən idman hərəkətlərindən ibarətdir. Təbii ki, belə bir məşq prosesi ilə idmançı öz gücünü, fiziki hazırlığını tam şəkildə qoruya bilməz. Bunun üçün onlara fiziki, taktiki və texniki hazırlıqlar lazımdır. - Aydın məsələdir ki, idman zallarındakı məşqlərlə açıq havadakı məşqlərin effekti eyni olmur. Bu baxımdan yığma komandanın məşqçisi kimi açıq havada keçirilən məşqlərin əhəmiyyətini necə qiymətləndirirsiniz? - Düzünü desəm, açıq havada məşq etmək peşəkar idmançı üçün çətindir. İdmançıların paltarlarını dəyişməyə yeri olmur və onlar məşqdən sonra yuyuna bilmirlər. Bu da peşkar idmançı və yığma komanda üçün bir az çətinlik yaradır. Bundan əlavə idman zallarında lazımi məşq avadanlıqları var ki, idmançılar onlardan istifadə edirlər. Açıq havada isə bu şəraiti qurmaq o qədər də mümkün deyil. Ümid edirik ki, tezliklə idman zalları açılacaq və idmançılar normal məşqlərinə geri dönəcəklər. Hələ ki, karantin rejiminin daha da yumşaldılmasını və normal məşqlərimizə geri qayıdacağımız günü səbirsizliklə gözləyirik. - Yığma komandanın əsas üzvləri necə, məşqlərdə iştirak edirlər? - Komandamızın üzvlərindən yarıdan çoxu bizimlə məşq etmir. Millinin əsas aparıcı simaları sayılan Milad Beigi Herçəqani, Radik İsayev və digər idmançılarımız Azərbaycanda deyil. Onlar öz ölkələrindədirlər. Bəzi idmançılar isə rayondadırlar. - Komandamız üçün ən yaxın yarışın tarixi nə vaxtdır? - İlin sonunadək taekvondoçularımızı heç bir yarış gözləmir. Bir müddət əvvəl Dünya Taekvondo Federasiyasının onlayn iclası oldu. Beynəlxalq qurumdan ölkələrin federasiyalarına bildirilib ki, gələn ilin əvvəlindən turnirlərin keçirilməsi gözlənilir. Təqvimdə yeganə yarış kimi, dekabr ayında Çində keçirilməsi gözlənilən Böyük Dəbilqə turniri qalmışdı ki, o da ləğv olunub. Yəni bu il taekvondoçularımız heç bir yarışda iştirak etməyəcək. Məşqlər tam şəkildə bərpa olunduqdan sonra gələn ilin ilk yarışına kimi idmançılarımız öz fiziki hazırlıqlarını bərpa edə biləcəklər. - Elnur müəllim, hər il gənclərdən ibarət yığma komandadan əsas komandaya yetərincə istedadlı idmançılar cəlb olunur. Bəs, pandemiya şəraitində bu proses necə tənzimlənəcək? həmin idmançıların aqibəti necə olacaq? - Bu il gənclərdən ibarət yığma komandamızın heyətində çox istedadlı idmançılar var idi. Məşqçilər heyəti həqiqətən də onlardan yüksək nəticələr gözləyirdi. Bildiyiniz kimi, pandemiya ilə əlaqədar olaraq Bolqarıstanda keçirilməsi gözlənilən gənclər arasında dünya birinciliyi təxirə salındı. Bu yarış gənclərdən ibarət yığma komandanın heyətində sonuncu ili olan idmançılar və onların məşqçiləri üçün çox əhəmiyyətli idi. Nə demək olar. Çox təəssüfləndirici bir haldır. Çünki o, gənclərin arasında bu il dünya çempionu və mükafatçısı ola biləcək idmançılar var idi. Amma bu bir qismətdir. Təbii ki, nə olursa-olsun, ruhdan düşmək olmaz. Həmin idmançıların karyeraları hələ qarşıdadır. Mən bir məşqçi kimi həmin gənclərə səbrli, dözümlü və iradəli olmağı tövsiyə edirəm. - Sizcə, bir neçə ay ərzində ev şəraitində məşq etmək idmançıların hazırlıq səviyyəsinə nə dərəcədə təsir göstərdi? - Peşəkar idmançı üçün evdə oturmaq və evdə məşq etmək təbii ki, çox çətindir. Həm bədənin forması, həm də artıq çəki baxımdan problem yaranacaq. Düzdür, bəziləri buna peşəkar yanaşıb, öz çəkisini qoruya bildi. İdmançı üçün çəkinin 3-4 kq artıq olması o qədər də problem deyil. Komandanın həkimi də idmançılarla əlaqə saxlayır, onlara bu barədə zəruri məsləhətlərini verir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri