Azərbaycanın idman ictimaiyyətindən Orduya dəstək
BOK
08.10.2020, 15:23
Azərbaycan idman ictimaiyyəti, ölkəmizdə fəaliyyət göstərən idman qurumları və federasiyalar aidiyyəti beynəlxalq təşkilatlara və idman qurumlarına bəyanat ünvanlayıb. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bəyanat Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi təcavüz aktını, son aylar ərzində düşmən tərəfinin həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin durmadan artdığını və Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini özündə əks etdirir. Ümumilikdə 90 təşkilatın imzası ilə hazırlanan sənəd 12 minədək təşkilata göndərilib. Bəyanatda deyilir: “Biz Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz doğma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığımız haqq mübarizəsində sona qədər dövlətimizin yanındayıq! Cari ilin iyul ayının 12-dən ölkəmizin Tovuz rayonu ərazisində dövlət sərhədinə fitnəkar düşmən olan separatçı və işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən başlayan hücumlar fasilələrlə davam edərək sentyabrın 27-dən Azərbaycanın işğal olunmuş ərazilərindən işğal altında olmayan yaşayış məntəqələrinin və dinc sakinlərin hədəfə alınması, ağır artilleriya və iri çaplı silahlardan atəşə tutulması ilə nəticələndi. Buna baxmayaraq, qüdrətli Azərbaycan Ordusunun rəşadətli hərbçiləri düşmən tərəfin təxribatına tutarlı cavablar verir və əməliyyat şəraitinə tam nəzarət edir. Xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə yüksək etimadlarını ifadə edərək, hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayırlar. Ordumuzun uğurlu cavab əməliyyatlarına idmançılarımız da könüllü olaraq qatılmış və torpaqlarımızın bütovlüyü uğrunda gedən Böyük Vətən müharibəsində yüksək əzmlə savaşırlar. Artıq idmançılarımız arasında əzəli və ayrılmaz torpağımız olan Qarabağın azad edilməsi üçün canlarından keçərək şəhid olanlar vardır. Son günlərdə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər 30 ilə yaxın müddət ərzində ölkə ərazisinin Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu əhatə edən 20 faizə yaxın bir hissəsinin işğal olunduğu, 25 min nəfərdən çox Azərbaycan vətəndaşının həlak olduğu, 1 milyon nəfərdən çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən dondurulması ilə bağlı çıxışlar edirlər. Lakin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı qətnamələrdə Qarabağ ərazisindən işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxması tələb olunur) qəbul olunduğunu, eyni zamanda 30 ilə yaxındır Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticə vermədiyini yada salaraq bildiririk ki, bu münaqişəni dondurmaq əvəzinə yuxarıda qeyd edilən qətnamələrin işğalçı Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz icra olunması üçün çağırış etmək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızı öz doğma torpaqlarına qayıtması üçün bəyanat vermək daha ədalətli olardı. Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz dogma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığı haqq mübarizəsində sona qədər Dövlətimizin yanındayıq! Bununla bərabər Sizləri bu haqq yolunda dünya ictimaiyyətini, idman qurumlarını düzgün və qərəzsiz məlumatlandırmağa və işğalçı Ermənistan Respublikasının təcavüzünü pisləməyə çağırırıq“! Bununla yanaşı, Azərbaycan ordusunun yanında olan, hər an döyüşə hazır olduğunu bildirən Azərbaycan idman ictimaiyyəti adından orduya geyim, tibbi ləvazimatların olduğu 100-dək sovqat da göndərilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
16.07.2026, 14:44 Cüdo
-
Sofiyada gümüş medal
16.07.2026, 14:43 Su idman növləri
-
Rəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
16.07.2026, 13:19 Cüdo
-
Cüdo üzrə dünya ulduzları Bakıya gələcək
16.07.2026, 13:08 Cüdo
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
16.07.2026, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
16.07.2026, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
16.07.2026, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
16.07.2026, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
16.07.2026, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
16.07.2026, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
16.07.2026, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol
-
İspaniya Dünya çempionatının finalına vəsiqə qazandı
15.07.2026, 01:04 Futbol
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
14.07.2026, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
14.07.2026, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
14.07.2026, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
14.07.2026, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
14.07.2026, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
14.07.2026, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
14.07.2026, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat