Nadir Əliyev: “Ən böyük stadion o dövrdə Xankəndində inşa edilmişdi”
BOK
03.11.2020, 16:00
Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Qarabağda və işğal olunmuş digər ərazilərdə bütün infrasturukturlar ermənilər tərəfindən dağıdılmış, sözün əsl mənasında vəhşicəsinə yerlə-yeksan edilmişdir.
Dağıntıya məruz qalan sahələr arasında idman infrastrukturunu xüsusilə qeyd etmək olar. Bu və ya digər məsələlər barədə mütəxəssis fikri öyrənmək üçün “Olimpiya dünyası” qəzeti olaraq, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin (AHİTA) sədri Nadir Əliyevlə görüşüb, söhbət etdik. Müsahibimiz bu mövzuda maraqlı faktları bizimlə bölüşdü. İşğal altında qalmış idman obyektləri və Qarabağ haqqında müsahibəni oxucularımıza təqdim edirik.
- Nadir müəllim, istərdik ki, söhbətimizə Dağlıq Qarabağın işğaldan əvvəlki idman həyatından başlayaq. Həmin ərazidə olan idman infrastrukturu, inkişaf edən idman növləri barəsində bir qədər məlumat verərdiniz.
- Əvvəlcə onu qeyd edim ki, “Məhsul” Kənd Könüllü Kooperativ İdman Cəmiyyətinin işğal olunan rayonların hamısında Rayon Şuraları fəaliyyət göstərirdi. Xankəndidə isə vilayət şurası mövcud idi. Bundan əlavə Şuşa və digər rayonların nümayəndəliyi fəaliyyət göstərirdi. “Qarabağ” İdman Cəmiyyəti hazırda bizim tərkibimizdədir. Ümumiyyətlə, işğal olunan rayonların idman qrumunun sədrləri var və bizim idarə tərəfindən maliyyələşdirilir. İşğal olunan rayonların əksəriyyətində yunan-Roma güləşi, sərbəst güləş, futbol, sambo növləri daha çox kütləvi hal almış və populyarlıq qazanmışdı. Ağdamda böyük sambo məktəbi var idi. Təəssüf ki, müharibə illərində bəzi mütəxəssislərimiz vətən uğrunda döyüşlərdə iştirak etmiş və şəhidlik zirvəsinə yüksəlmişdilər. Buna misal olaraq Füzuli rayon şurasının sədri Polad Əliyevi xüsusi qeyd etmək istərdim. O, Xocavənddə bizim təlimatçımız olmuş, təcrübəli mütəxəssisimiz düşmənin snayper gülləsinə tuş gəlmişdi. Qubadlıda da bizim güclü məktəbimiz var idi. Yunan-Roma güləşi üzrə pəhləvanımız Bahadur Həziyev Qubadlı “Məhsul” İdman Cəmiyyətinin sədri vəzifəsində çalışırdı. O, çox güclü pəhləvan idi. Məlumat üçün qeyd edim ki, Ağdam şəhərində sambo və güləş məktəbindən əlavə böyük bir futbol komandası var idi. Demək olar ki, bugünki “Qarabağ” klubu həmin “Ağdam” klubunun varisidir. Mən özüm də futbolçu olmuşam. Həmin vaxtı Milli Qəhrəmanımız Allahverdi Bağırovla bir yerdə futbol oynamışıq. O, çox gözəl insan idi. Onu tanıyanlar bildirirdilər ki, Allahverdinin hələ kiçik yaşlarından idmana, xüsusən də futbola, atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən idman oyunlarında, xüsusən futbol yarışlarında fərqlənirdi. O, həm də Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyub. 1970-ci ildə Füzulidə “Qızıl sünbül” kubokunda Ağdam-Cəbrayıl oyununda kapitan kimi iştirak edib. Allahverdi Bağırov qardaşı Eldar Bağırovla (müdafiəçi) birlikdə Ağdamın futbol komandasını şərəflə təmsil ediblər. O, 1976-cı ildə “Qarabağ” futbol klubunun baş məşqçisi təyin olunmuşdu. Hamının “Alı”, - deyə müraciət etdiyi Allahverdi Bağırov 1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən oyunda da iştirak etmişdi. Belə ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmada Ağdam klubunun qolunu 5 nömrəli oyunçu Allahverdi Bağırov vurmuşdu. Biz futbol oynadığımız dövrdə məşhur futbolçularımızdan olan Kamil Eynullayev bizim məşqçimiz idi. Azərbaycan çempionatında iştirak edirdik. İndi həmin stadionlar işğal altında vəhşiliyin qurbanı olub.
- Bizdə olan məlumata görə, həmin ərazilərdə ən böyük stadion məhz Xankəndidə yerləşirdi.
- Bəli, ən böyük stadion o dövrdə Xankəndində inşa edilmişdi. Ağdamda 1,5 hektar, Zəngilanda isə 1,2 hektar ərazini əhatə edən stadion var idisə, Xankəndidəki stadion 5 hektarı əhatə edirdi. Orada biri əsas olmaqla, 3 köməkçi stadion fəaliyyət göstərirdi. Xankəndidə 5 hektarlıq stadiondan əlavə, 2,5 hektar ərazini əhatə edən təlim-məşq üçün idman bazası da var idi. Həmin bazaların texniki pasportları bu gün də bizim idarədədir. Şuşada təkcə şahmat məktəbi yerləşirdi. Laçın rayonunda da kiçik şahmat məktəbi var idi. O dövrdə həmin ərazidə ermənilər idmanı sıxışdırırdılar, inkişafına mane olurdular.
- Bu gün Ordumuz böyük şücaətlə döyüşür. Bu da onu göstərir ki, gənclərimizdə böyük ruh yüksəkliyi var. Sizcə, bu ruh yüksəkliyi nədən qaynaqlanır?
- Xalqımızda həmişə döyüş məsələsində böyük ruh olub. Hər bir vətəndaşımız torpaqlarımızın düşməndən azad olunması uğrunda bir yumruq kimi birləşib, həmrəylik nümayiş etdirir. Təsəvvür edin ki, ikinci dünya müharibəsində bizim çox sayda qəhrəmanımız olub, 400 mindən çox Azərbaycan vətəndaşı bu müharibədə iştirak edib. Ümumiyyətlə, tarix göstərir ki, biz savaş zamanı birləşməyi, həmrəy olub, bir nöqtəyə vurmağı bacarmışıq. Xalqımızda böyük ruh olub. Hər kəs geriyə baxmadan, könüllü olaraq cəbhə bölgəsinə yollanıb. Qeyd edim ki, bu gün 40 nəfərdən çox əməkdaşımız və idmançımız cəbhə bölgəsindədir. Adlarını çəkmək istəmirəm, amma onların aralarında hətta dünya və Avropa çempionatlarının qalibləri də var. Bizim təcrübəli “Turist alpinist” klubumuz var. Onların təcrübəsi və səriştəsi orduda xidmət etməyə əsas verir. Təəssüf ki, cəbhəyə yollanan könüllülərimiz arasında şəhidimiz də var. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.
- Fəaliyyətiniz dövründə Qarabağla əlaqələriniz sıx olub. Həmin yerləri necə xatırlayırsınız?
- Təbii ki, xatirələr çoxdur. Xatirələr dedikdə, Ağdamın futbol stadionu, Xankəndinin bizim balansımızda olan idman qurğuları, Şuşanın şahmat məktəbi yada düşür. Hətta həmin şahmat məktəbində tez-tez görüşlərimiz olurdu. Həmin dövrdə bir dəfə “Məhsul” İdman Cəmiyyətinin Qubadlı üzrə sədri Bahadur Həziyevin evində qonaq olmuşam. Onun bir “Qaz 21” volqa avtomobili var idi. O, 10-a yaxın uşağı həmin maşına yığaraq, digər rayonlarda keçirilən yarışlara aparardı. Çətinliklə də olsa çalışırdı ki, uşaq və yeniyetmələrin yarışlarda iştirakını təmin etsin. Bir sözlə, həmin dövrdə Bahadur Həziyev və onun kimi digər mütəxəssislərimizin uşaq və yeniyetmələrin inkişafında danılmaz rolu olub.
- O dövrdə Azərbaycan idmançılarına həmin ərazilərdə birmənalı yanaşılmırdı. Əsasən, erməni idmançılarına üstünlük verilirdi. Bu barədə nə deyərdiniz?
- O dövrdə Dağlıq Qarabağda əksər sahələrdə rəhbərlər həmişə milliyətcə erməni olub. Şuşada keçirilən yığıncaqlara, tədbirlərə gələn sədrlərin hamısı onları təmsil edirdi. Hətta “Məhsul”un Şuşa Rayon Şurasının adını çəkmək istəmədiyim milliyətcə erməni olan bir sədri var idi. O fiziki cəhətdən sağlam deyildi, heç idmana da aidiyyatı yox idi. Özü də fotoqraf işləyirdi. Amma həmin cəmiyyətə sədrlik edirdi. Sonralar bizim təkidimizlə həmin vəzifəyə əslən azərbaycanlı mütəxəssis, Bədən Tərbiyəsi İnstitutunu bitirmiş, basketbolçu Ceyhun İbrahimov gətirildi. Bu 1988-1989-cu illərdə olub. Yəni o, həmin ərazidə bu sahədə işləyən yeganə azərbaycanlı idi.
- Ordumuz demək olar ki, hər gün yeni ərazilərimizi işğaldan azad edir. Ali Baş Komandanımız xalqımıza xoş xəbərlər verir. Tam və qəti qələbə çaldığımız gün uzaqda deyil. Xalqımız yumruq kimi birləşib həmrəylik göstərir.
- Bəli, bu gün xalqımız həmrəy olub, Orduya öz dəstəyini nümayiş etdirir. Təəssüf ki, danışıqlar prosesində əksər dövlətlər düşmənlərimizə köməklik etməyə çalışırlar. Amma torpaqlarımızın 30 il düşmən tapdağı altında qalması onu göstərdi ki, xalq birləşməlidir. Başda cənab Ali Baş Komandanımız olmaqla, bu tarixi məsələni xalq özü həll etməlidir. Bunun başqa yolu yoxdur. Hamı gördü ki, əhəmiyyətsiz danışıqlar heç bir fayda vermədi. Məhz buna görə də, müharibə qaçılmaz idi. Bu gün qüdrətli Ordumuz var. Məhz Ali Baş Komandanın və şanlı Ordumuzun sayəsində əzəli torpaqlarımız yenidən özümüzə qayıdır.
- İşğaldan azad olunmuş bölgələrlə bağlı nə planlarınız var?
- Qeyd etdiyim ki, işğal altında olan ərazilərdəki idman infrastrukturunun pasportları bizdədir. Bir neçə gün bundan əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev həmin sənədləri məndən istədi. Təbii ki, bunun üçün yenidən vəsait ayrılmalıdır, həmin infrastrukturlar bərpa olunmalıdır. “Qarabağ” İdman Cəmiyyəti Dağlıq Qarabağa getməlidir, digər rayonların sədrləri isə öz yerlərinə qayıtmalıdırlar. Bu həm də həmin mütəxəssislərin də böyük arzusudur ki, doğma torpaqlarına qayıdaraq idman ənənələrini yenidən bərpa etsinlər. Bir sözlə, əsas fikrimiz və məqsədimiz bundan ibarətdir. Hər birimiz istəyirik ki, torpaqlarımız tezliklə azad edilsin və vətəndaşlarımız öz doğma yurduna geri qayıtsın.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
16.07.2026, 14:44 Cüdo
-
Sofiyada gümüş medal
16.07.2026, 14:43 Su idman növləri
-
Rəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
16.07.2026, 13:19 Cüdo
-
Cüdo üzrə dünya ulduzları Bakıya gələcək
16.07.2026, 13:08 Cüdo
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
16.07.2026, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
16.07.2026, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
16.07.2026, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
16.07.2026, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
16.07.2026, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
16.07.2026, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
16.07.2026, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol
-
İspaniya Dünya çempionatının finalına vəsiqə qazandı
15.07.2026, 01:04 Futbol
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
14.07.2026, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
14.07.2026, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
14.07.2026, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
14.07.2026, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
14.07.2026, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
14.07.2026, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
14.07.2026, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat