19 yaşlı idmançı dəhşətli qəza keçirib

19 yaşlı idmançı dəhşətli qəza keçirib

Ukraynalı biatlonçu Alina Miroşniçenko dəhşətli qəza keçirib. İdmançının keçirdiyi avtomobil qəzası nəticəsində onurğasının sındığı bildirilir. Avtomobilin aşıb hasara çırpıldığı zaman 19 yaşlı idmançı sərnişin yerində əyləşmişdi. Avtomobilin sürücüsü isə qəza nəticəsində xəsarət almayıb. Həkimlərin müayinəsi zamanı idmançıya onurğa sınığı diaqnozu müəyyən edilib və əməliyyat olunub. Lakin buna baxmayaraq, Alina Miroşniçenko hələ də ayaqlarını hiss etmir.
Qeyd edək ki, Alina Miroşniçenko Ukrayna qadın çempionatlarının və digər milli turnirlərin dəfələrlə mükafatçısı olub.