Ceyhun Məmmədov: “Ağdama qayıdandan sonra idman məktəblərini bərpa etməyə çalışacağıq”
BOK
26.11.2020, 18:00
“Qarabağ əzəldən Azərbaycanın torpağı olub. Bu tarixi faktlarla da sübut olunub. Bu gün həyatımızın ən sevincli və qürurlu günləridir. Təbii ki, bu sevinc bizim üçün daha böyükdür”.
Bu sözləri “Olimpiya dünyası” qəzetinə Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov deyib.
Əslən Ağdamdan olan 7 qat dünya, 6 qat Avropa çempionu 27 illik həsrətdən sonra doğma el-obasına qayıdacağı günü səbrsizliklə gözlədiyini bildirib:
“Tarixi torpaqlarımız, o cümlədən mənim doğma yurdum olan Ağdam rayonu işğaldan azad edildi. Ağdama qayıdacağım ilk gün öz ev-eşiyimi, doğmalarımın qəbrlərini ziyarət edəcəyəm. Bu gün bizim başımızı dik tutmağa haqqımız var. Düzdür, dəfələrlə dünya və Avropa çempionatlarında qalib olmuşuq, bayrağımızı qaldırıb, himnimizi səsləndirmişik. Amma yenə də yarış zamanı erməni millətindən olan bir nümayəndə görəndə içimizdə sanki əvvəlki ağrı-acını hiss edirdik. Çünki torpaqlarımız işğal altında idi. Lakin bu gün Azərbaycanın Ali Baş Komandanı və müzəffər ordumuzun qüdrəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Biz artıq qalib xalqıq. Torpaqlarımızın azad olduğunu görmək tam başqa hissdir. Mən Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyir, onların valideynlərinin qarşısında baş əyirəm. Yaralı hərbçilərimizə isə tezliklə şəfa tapmasını arzulayıram. Bizim heç kimin torpağında gözümüz yoxdur, biz öz torpağımızı azad etmişik.
Qeyd edim ki, 44 gün davam edən Vətən müharibəsində samboçularımız da iştirak etdilər. Onlardan üçü isə yığma komandamızın əsas üzvləri idilər. Həmin samboçularımız bu gün də ordumuzla bir yerdədirlər”.
Vaxtilə Ağdama sambo idman növünün inkişaf etdiyini deyən federasiya prezidenti həmin ərazilərdə yenidən sambo məktəblərinin inkişafı üçün bütün gücünü səfərbər edəcəyini bildirib.
“Ağdamda işğaldan əvvəl sambo məktəbləri var idi. Ümumiyyətlə, Ağdamda sambo daha yaxşı inkişaf etmişdi. İnşallah Ağdama qayıdandan sonra həmin idman məktəblərini bərpa etməyə çalışacağıq. Bunun üçün bütün gücümüzü səfərbər edəcəyik. Arzum odur ki, Qarabağda yaxın zamanlarda beynəlxalq yarış təşkil olunsun”, - deyə Ceyhun Məmmədov qeyd edib.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
16.07.2026, 14:44 Cüdo
-
Sofiyada gümüş medal
16.07.2026, 14:43 Su idman növləri
-
Rəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
16.07.2026, 13:19 Cüdo
-
Cüdo üzrə dünya ulduzları Bakıya gələcək
16.07.2026, 13:08 Cüdo
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
16.07.2026, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
16.07.2026, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
16.07.2026, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
16.07.2026, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
16.07.2026, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
16.07.2026, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
16.07.2026, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol
-
İspaniya Dünya çempionatının finalına vəsiqə qazandı
15.07.2026, 01:04 Futbol
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
14.07.2026, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
14.07.2026, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
14.07.2026, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
14.07.2026, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
14.07.2026, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
14.07.2026, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
14.07.2026, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat