Beynəlxalq Olimpiya Komitəsi (BOK) Belarusun Milli Olimpiya Komitəsinə (MOK) qarşı sanksiyaların baxılması prosedurunu başlayıb. Bu barədə BOK-un rəsmi saytında məlumat verilib. Bu qərarın səbəbi isə idmana aidiyyatı olan idmançılar və rəsmilərlə bağlı çoxsaylı həyəcanlı xəbərlər yayılmasıdır. "BOK Belarusun idman ictimaiyyətinin ümumi vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edir", - deyə BOK-un məlumatında bildirilir. Daha əvvəl BOK-un rəhbəri Tomas Bax təşkilatın belaruslu idmançıların siyasi baxışlarına görə hüquqlarının pozulmamasını diqqətdə saxladığını bildirib.
BOK narahatlığını bildirib