Gimnastlarımız Avropa çempionatının finalında

Gimnastlarımız Avropa çempionatının finalında

Ukraynanın paytaxtı Kiyevdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan gimnastları çıxışlarını davam etdirirlər. Yeniyetmələrin yarışında 2 gimnastımız finala vəsiqə əldə edib.

Belə ki, iplə hərəkətlərdə Nərmin Bayramova, topla hərəkətlərdə Alina Gözəlova uğurla çıxış edərək finala yüksəliblər. N.Bayramova 19.150 xal, A.Gözəlova isə 21.200 xalla ilk səkkizlikdə yer alıblar.

Çoxnövçülük üzrə komanda yarışları axşam seansında keçirilib. Yığmamızın heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina mübarizə aparıb. Yüksək nəticəyə imza atan komandamız 34.600 xalla cədvəldə ilk pilləyə yüksəlib.