Dünya kuboku ərəfəsində gözlənilməz hadisə

Dünya kuboku ərəfəsində gözlənilməz hadisə

Norveç yığmasının xizək yarışları üzrə məşqçisi Eyrik Mür Nossum koronavirus infeksiyasının mövcudluğuna dair verdiyi testin cavabı müsbət nəticə verib.

Hazırda Norveç yığması Finlandiyanın Kusamo şəhərindədir. Bu gün xizək yarışları üzrə Dünya kubokunun növbəti mövsümü başlanacaq. Bildirilir ki, Finlandiyaya avtomobillə gəlmiş personallardan ibarət üç nəfər istisna olmaqla, bütün milli komanda karantinə alınıb.

Eyrik Mür Nossum ikinci dəfə testdə keçib və onun nəticəsi hələ məlum deyil. Norveçlilər nəticə və yekun qərarı gözləyirlər. Bir müddət əvvəl bildirilmişdi ki, komandanın üzvlərindən ən azı biri koronavirusa yoluxmuş olarsa, yığma komandanın mərhələdən uzaqlaşdırılması zəruridir.