Faiq Qarayev: “Bu qələbə Azərbaycanın daha da çiçəklənməsində mühüm rol oynayacaq”
BOK
27.11.2020, 17:42
“Azərbaycan 44 gün davam edən Vətən müharibəsi nəticəsində öz dədə-baba yurdunu işğalçı düşməndən azad etməyə nail oldu. Ordumuzun belə bir qısa müddətdə xalqımıza qələbə sevincini yaşatması, həqiqətən də, qürurvericidir. Mən bu münasibətilə başda ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev olmaqla, bütün xalqımızı voleybol ictimaiyyəti adından səmimi qəlbdən təbrik edirəm”
Bu sözləri “Olimpiya dünyası” qəzetinə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.
Təcrübəli mütəxəssis 44 gün ərzində xalq ilə ordu arasında böyük bir bağ olduğunu qeyd edib. O, məhz bu birlik sayəsində ordumuzun yeni zəfər səlnaməsi yazdığını bildirib.
“Hər bir vətəndaşımız kimi mən də ölkəmizin inkişafı və məğlubedilməz ordumuzla qürur hissi keçirirəm. Hərbçilərimiz qazanılan qələbə ilə bizə sevincli anlar yaşatdılar. 30 il işğal altında olan torpaqlarımız düşməndən azad olundu. Vətən uğrunda şəhidlik zirvəsinə ucalan Azərbaycanın igid əsgər və zabitlərinə Allahdan rəhmət diləyir,
ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralı hərbçilərimizin isə tezliklə şəfa tapamasını arzu edirəm. Qürurverici haldır ki, düşməni qədim torpaqlarımızdan qovmaq üçün minlərlə gəncimiz könüllü şəkildə ordu sıralarına qoşuldu. Ölkəmizin hər bir vətəndaşı öz sahəsində ordumuz üçün əlindən gələni etdi”, - deyə Faiq Qarayev bildirib.
Federasiya rəsmisi müsahibəsində həmçinin voleybol üzrə beynəlxalq qurumların bu haqlı mübarizədə ölkəmizə dəstək olduğunu qeyd edib:
“Mənə hər gün digər voleybol federasiyalarından, Avropa Voleybol Konfederasiyasından zənglər gəlirdi. Onlar Azərbaycanı dəstəklədiklərini və qələbə qazanacağımıza inandıqlarını ifadə edirdilər. Bu gün isə həmin təşkilatlar mənə ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi münasibəti ilə təbriklərini çatdırırlar. Onların arasında Türkiyə voleybol camiəsini xüsusilə vurğulamaq istərdim. Bildiyiniz kimi, mən Azərbaycan milli komandasından əlavə qardaş ölkənin də əsas yığmasının baş məşqçisi olmuşam. “Ay-ulduzlular”la beynəlxalq arenalarda kifayət qədər qələbə sevinci yaşamışam. Onlar da müharibənin başladığı gündən etibarən, demək olar ki, hər gün burdakı vəziyyətlə maraqlanırlar. Vətən müharibəsi başlandığı gündən türk qardaşlarımız hər an yanımızda olub, ərazi bütövlüyümüzü dəstəkləyiblər. Şükürlər olsun ki, doğma torpağından, evindən ayrı düşən həmvətənlərimiz 30 ildən sonra Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən siyasəti, Ordumuzun gücü sayəsində öz yurdlarına qovuşurlar. Bu gün Prezidentimiz bütün dünyaya Azərbaycanın güclü ölkə olduğunu bir daha göstərdi. Biz də öz növbəmizdə Prezidentimizin ətrafında bir yumruq kimi birləşib birliyimizi nümayiş etdiririk”.
Faiq Qarayev həmçinin işğaldan azad olunan torpaqlarımızda voleybol komandalarının yaradılmasının federasiyanın əsas hədəflərindən biri olduğunu qeyd edib.
“Azad olunan torpaqlarımızda voleybol komandalarını yaratmaq bizim əsas hədəfimizdir. Bunun üçün bütün gücümüzü səfərbər edəcəyik. Azərbaycanda və dünyada koronavirus pandemiyasının davam etməsi
səbəbi ilə məşqlərimiz bütün qaydalara riyat edərək, yalnız açıq havada həyata keçiririk. Azərbaycan Voleybol Federasiyası olaraq, təşkil etdiyimiz vidokonfranslarda idmançıların hazırkı vəziyyəti və bölgələrdə voleybolun inkişaf etdirilməsi mövzuları müzakirə olunur. İnanıram ki, ölkəmiz işğaldan azad olunmuş torpaqlarımızda yaxın zamanlarda beynəlxalq yarışlara evsahibliyi edəcək və idmançılarımız hər zaman olduğu kimi bayrağımızı zirvələrə qaldıracaqlar. Əminəm ki, müharibədə qazandığımız bu qələbə istənilən sahədə Azərbaycanın daha da çiçəklənməsində mühüm rol oynayacaq”, - deyə təcrübəli mütəxəssis qeyd edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
Bugün, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
Bugün, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
Bugün, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
Bugün, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
Bugün, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
Bugün, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
Bugün, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol
-
İspaniya Dünya çempionatının finalına vəsiqə qazandı
15.07.2026, 01:04 Futbol
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
14.07.2026, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
14.07.2026, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
14.07.2026, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
14.07.2026, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
14.07.2026, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
14.07.2026, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
14.07.2026, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat
-
Azərbaycan avarçəkənləri Potidə 18 medal qazanıblar
13.07.2026, 10:52 Olimpiya dünyası
-
Çimərlik voleybolçularımız mükafatçılar sırasında
13.07.2026, 01:30 Voleybol
-
Sərbəst güləş millimiz rekorda imza atdı
13.07.2026, 00:53 Gündəm
-
Beynəlxalq turnirin finalçıları ilə görüş olub
12.07.2026, 19:04 Olimpiya dünyası
-
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
12.07.2026, 18:39 Gimnastika
-
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
12.07.2026, 10:16 Güllə atıcılığı
-
Gimnastlarımız Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
12.07.2026, 09:53 Gimnastika
-
DÇ-2026-nın yarımfinal cütləri müəyyənləşib
12.07.2026, 09:33 Futbol
-
DÇ-2026: Argentina millisi yarımfinala vəsiqə qazandı
12.07.2026, 08:08 Futbol
-
Dünya çempionatı: İngiltərə millisi yarımfinalda
12.07.2026, 04:00 Futbol
-
Güləşçimiz Avropa çempionu oldu
12.07.2026, 00:48 Güləş
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər