Afrika Çempionlar Liqasının qalibi müəyyənləşdi

Afrika Çempionlar Liqasının qalibi müəyyənləşdi

Misirin "Əl-Əhli" futbol klubu Afrika Çempionlar Liqasının qalibi olub. Qahirə beynəlxalq stadionunda keçirilən final oyununda Misirin "Zamalek" və "Əl-Əhli" komandaları üz-üzə gəliblər.

Həlledici görüş "Əl-Əhli" komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, klub tarixində doqquzuncu dəfə bu turnirin qalibi adını qazanıb.

Qeyd edək ki, Qahirə təmsilçisi turnir tarixində qələbələrin sayına görə rekorda imza atıb.