Videokonfrans formatında anlaşma memorandumu imzalanıb
BOK
02.12.2020, 17:47
Dekabr 2-də Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasının (MAF) prezidenti İlqar Rəhimov, UNICEF-in Azərbaycan nümayəndəliyini rəhbəri Edvard Karvardin və Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi arasında videokonfrans formatında görüş baş tutub.
Görüş zamanı Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası və UNICEF-in Azərbaycan nümayəndəliyi arasında anlaşma memorandumu imzalanıb. Sənədi MAF-nın prezidenti İlqar Rəhimov və UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin imzalayıblar. Memorandum Milli Abilimpiya Federasiyasının 2020-2024-cü illər üçün Strateji Fəaliyyət Planına töhfə verəcək fəaliyyətin inkişafı və yerinə yetirilməsinə dair müstəsna münasibətləriəhatə edəcək. Memorandum 3 dekabr- Beynəlxalq Əlillər Günü ərəfəsində imzalanıb.
Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov görüş zamanı bildirib ki, Federasiya artıq dövlət qeydiyyatından keçərək, Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçilmişdir. Federasiya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzi, Gənclər və İdman Nazirliyi, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Sosial Təşəbbüslər Mərkəzi və Təhsil Nazirliyinin peşə-təhsil sistemi ilə sıx əməkdaşlıq edəcək. Abilimpiya Hərəkatı vasitəsi ilə ölkəmizdə yaşayan əlilliyi olan şəxslər öz peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özünüməşğulluq proqlamlarında iştirak edəcəklər. Azərbaycanda Abilimpiya Hərəkatı üçün qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, eyni zamanda özəl sektoru təmsil edən qurumlar da daxil olmaqla, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərmək üçün işlər görüləcək. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali baş komandanı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Vətən müharibəsində iştirak etmiş qazilərində bu hərəkata cəlb edilməsi ilə bağlı işlər aparılacaq.
İ.Rəhimov bildirib ki, 2021-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək X Beynəlxalq Abilimpiya Çempionatında iştirak edəcək milli komandanın formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub. Bu yarışlarda əlilliyi olan şəxslər 100-dən çox peşə sahələrində öz bacarıqlarını göstərəcəklər.
UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin öz növbəsində Milli Abilimpiya Federasiyası ilə əməkdaşlığa böyük önəm verdiyini deyib. Abilimpiya Hərəkatında iştirak etmək üçün uyğun gələn sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələrin məlumat bazası yaradılacaq. Uşaq və gənclərin Abilimpiya bacarıqlarına yönəlmiş fəaliyyətləri hazırlanacaq,təhsil sistemi də daxil olmaqla, sosial məlumatlandırma və ümumiyyətlə sosial inklüzivlik vasitəsilə (ayrı-seçkiliyin aradan qaldırılmasına yönəldilmiş) Azərbaycanda Abilimpiya Hərəkatının təşviqi üzrə birgə maraqların qorunması üçün işlər görüləcək.
Səfir Vada Cüniçi öz növbəsində ölkəsinin abilimpiya dəyərlərinə önəm verdiyini bildirib. O, qeyd edib ki, Azərbaycan Milli Abilimpiya Federasiyası və Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən Beynəlxalq Abilimpiya Federasiyası ilə əlaqələrin qurulmağını vacib hesab edir. V.Cüniçi müxtəlif sahələrdə sosial proqramlar çərçivəsində birgə iş qurulmasını dəstəklədiyini bildirib. Səfir Yaponiya səfirliyinin Federasiyanın inkişafı üçün birgə proqramların keçirlməsini və gələn il Yaponiyada təşki olunacaq Milli Abilimpiya günlərində MAF-ın nümayəndə heyətinin iştirakını təklif edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər
-
Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolu
10.07.2026, 15:45 Futbol
-
Yeni baş məşqçinin köməkçiləri müəyyənləşib
10.07.2026, 15:18 Futbol
-
Dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək
10.07.2026, 14:47 Futbol
-
Musa Quelini "Şəfa"da
10.07.2026, 14:14 Futbol
-
Boksçularımız beynəlxalq turnirdə
10.07.2026, 13:40 Boks
-
“Gəncə”nin üç voleybolçusu milli komandalara dəvət alıb
10.07.2026, 13:22 Voleybol
-
"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm
10.07.2026, 12:54 Futbol
-
Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil
10.07.2026, 12:18 Futbol
-
Azərbaycan UEFA reytinqində bu həftə ən çox əmsal toplayan 2 ölkədən biridir
10.07.2026, 11:48 Futbol
-
"Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək
10.07.2026, 10:32 Futbol
-
Fransa millisi dünya çempionatında ilk yarımfinalçı olub
10.07.2026, 03:40 Futbol
-
AMADA "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib
09.07.2026, 14:48 AMADA
-
Azərbaycanı beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq
09.07.2026, 14:28 Olimpizm xəbərləri
-
Azərbaycanın 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri müəyyənləşib
07.07.2026, 22:42 Basketbol
-
DÇ-2026: Argentina əzmkar qələbə ilə 1/4 finalda
07.07.2026, 22:10 Futbol
-
Çempionlar Liqası: “Sabah” Bakıda UELS təmsilçisinə qalib gəldi
07.07.2026, 21:00 Futbol
-
BOK Rusiya Olimpiya Komitəsi ilə bağlı qərarını yumşaldıb
07.07.2026, 20:37 Olimpizm xəbərləri
-
AMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil edib
07.07.2026, 19:46 AMADA
-
"Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nun açılış mərasimi keçirilib
07.07.2026, 13:51 Olimpiya dünyası
-
Qubada yenilənmiş güləş zalı istifadəyə verilib
07.07.2026, 13:48 Güləş
-
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib
07.07.2026, 13:18 Gündəm
-
DÇ-2026: İspaniya millisi don dəqiqələrdə 1/4 finala vəsiqə qazandı
07.07.2026, 01:05 Futbol
-
Cəmil Əliyevə növbəti sertifikat təqdim olunub
06.07.2026, 17:41 Su idman növləri
-
DÇ-2026: 1/4 finalın növbəti iştirakçıları müəyyənləşir
06.07.2026, 16:37 Futbol
-
UEFA bəyanat yaydı
06.07.2026, 16:22 Olimpizm xəbərləri
-
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
06.07.2026, 11:41 Güllə atıcılığı
-
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
06.07.2026, 10:40 Voleybol
-
Dünya çempionatı: İngiltərə millisi 1/4 finalda
06.07.2026, 08:57 Futbol
-
AMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
03.07.2026, 13:39 AMADA
-
Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz müəyyənləşib
03.07.2026, 13:19 Güləş
-
Fərid Qayıbov UNESCO-nun dopinqə qarşı konfransı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib
03.07.2026, 11:40 Olimpiya dünyası
-
Atletlərimiz Balkan çempionatında iştirak edəcək
03.07.2026, 11:33 Atletika
-
"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir
03.07.2026, 11:23 Basketbol