Vətən Müharibəsində şəhid olan cüdoçularımız
Olimpizm xəbərləri
21.12.2020, 14:21
Vətən Müharibəsində Azərbaycan cüdo ictimaiyyətinin nümayəndələri, cüdoçular, məşqçilər və cüdo hakimləri də iştirak ediblər. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 44 günlük savaşlarda 100-dən çox cüdoçunun 17-si şəhidlik zirvəsinə yüksəlib. Ordu sıralarına könüllü qoşulan və hərbçi kimi vuruşan cüdoçu igidlər torpaqların bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Onlardan biri qısa zaman kəsiyində adı dillər əzbərinə çevrilmiş Cəbrayıl Dövlətzadədir. Bu gün 19 yaşlı qəhrəmanın adını Azərbaycanda eşitməyən, tanımayan yoxdur. Sumqayıtda cüdo məktəbinin yetirməsi olan Cəbrayıl o igidlərimizdəndir ki, onun haqqında hər kəs bilməli, danışmalı, anmalı və fəxr etməlidir! O, düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb. Döyüş yoldaşları bildirirlər ki, Cəbrayıl düşmənlə üz-üzə gələrkən onlardan övladlarının başsız qalmaması naminə geri qayıtmağı tələb edib. Qəhrəman əsgərimiz digər hərbçi yoldaşlarını qorumaq üçün subay olduğunu əsas gətirərək önə atılıb. Özü 10-a yaxın erməni quldurları ilə təkbaşına əlbəyaxa döyüşə girib. İki erməni zabitini əlləri ilə boğaraq öldürüb və özü də qəhrəmancasına şəhid olub. Ali Baş Komandanın göstərişi ilə İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun məzarının yanında dəfn olunub. Azərbaycan cüdo məktəbinin daha bir şəhidi isə tankçı Vüsal Dəmirovdur. O, İsmayıllı rayonunda SSRİ idman ustası, Fəxri bədən tərbiyəsi və idman işçisi Bəhman Əkbərovla Əməkdar məşqçi Əkbər Şəfqətovun rəhbərlikləri altında məşq edib. Vaxtilə bir çox region yarışlarının, klub və cəmiyyətlərarası cüdo birinciliklərinin mükafatçısı, Bakı şəhər açıq birincilikləri, Azərbaycan birinciliyi və çempionatının iştirakçısı olub. Bundan əlavə, Vüsal texniki işçi kimi federasiyanın keçirdiyi tədbirlərdə Yarışların Təşkili və Keçirilməsi Komitəsinin işçisi kimi çalışıb. Vüsal Dəmirov döyüşlərdə igidliklə vuruşaraq qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Qarabağ" ordeninə layiq görülüb. Masallı rayon Uşaq Gənclər İdman Məktəbinin cüdoçusu kimi region və respublika miqyaslı yarışlarda dəfələrlə medallar qazanmış İntiqam Əsgərli isə Şuşa uğrunda gedən döyüşlərdə həlak olub. Qardaşı Nurlan Əsgərli 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Həmin vaxt o da döyüşlərdə iştirak edib. Bu dəfə İkinci Qarabağ savaşında İntiqam da şəhid olub. İntiqam Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. İntiqam doğulduğu Masallı rayon Kalinovka kəndində böyük izdihamla dəfn edilib. 4 il əvvəl qardaşını müharibədə itirdiyinə görə komandanlıq İntiqama Şuşa uğrunda döyüşlərə qatılmamağı tapşırsa da, o, etiraz edib və sona qədər vuruşub. Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan cüdoçularının siyahısı:
1. Babayev Rəşad. 1992. Gizir. Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb. 2. Mədətov Zaur. 1999. Füzuli uğrunda döyüşlərdə şəhid olub. 3. Dəmirov Vüsal. 1994. Füzuli uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra "Qarabağ" ordeninə layiq görülüb. 4. Dövlətzadə Cebrayıl. 2001. Cəbrayılda şəhid olub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə layiq görülüb. 5. Hüseynov Röyan. 2001. Hadrutda şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb. 6. Əliyev Rüfət. 1992. Gizir. Zəngilanda şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb. 7. Seyfullayev Araz. 2001. Cəbrayılda şəhid olub. 8. Hadıyev Vüsal. 2000. Füzulidə şəhid olub. 9. Sübhan Həsənov. 2001. Hadrutda şəhid olub. 10. İntiqam Əsgərli. 1994. Gizir. Şuşa uğrunda döyüşdə şəhid olub. Ölümündən sonra "Vətən müharibəsi qəhramanı" adına layiq görülüb. 11. Elvin Məmmədov. 1992. Ağdərədə şəhid olub. 12. İsmayıl İrapov. 2002. Füzulidə şəhid olub. 13. Qədirov Elvin. 2001. Cəbrayılda şəhid olub. 14. Fəqan Məmmədov. 1998. Füzulidə şəhid olub. 15. Ehtiram Əhmədov. 2001. Füzulidə şəhid olub. 16. Rəsul Süleymanov. 2002. Mübariz İbrahimov Postunda şəhid olub. 17. Novruz Həsənov. 1996. Şuşa uğrunda döyüşdə həlak olub. 18. Ruhid İslamlı - 1999-cu il - Füzulidə həlak olub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan İdman Akademiyası “UI GreenMetric 2026” reytinqində irəliləyib
Bugün, 14:51 Olimpiya dünyası
-
Fərid Qayıbov Fidel İlli və Leonard Lulay arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
Bugün, 14:15 Olimpiya dünyası
-
Məşqçilər üçün seminara yekun vurulub
Bugün, 11:53 Atletika
-
Şahmat hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görülüb
Bugün, 11:38 Şahmat
-
Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib
Bugün, 11:10 Olimpizm xəbərləri
-
Çempionlar Liqası: "Birbaşa Bakı" və "Zirə" 1/8 finaldan mübarizəyə başlayır
Bugün, 10:52 Futbol
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
Bugün, 10:45 Formula 1
-
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi olub
Bugün, 10:38 Futbol
-
Azərbaycan şahmatçıları Olimpiadada Ermənistan və Çexiya ilə qarşılaşacaqlar
Bugün, 10:14 Şahmat
-
Formula 2: Sprint yarışında zəncirvari qəza
Bugün, 10:00 Formula 1
-
Formula 2-də sprint yarışının qalibi mükafatlandırılıb
Bugün, 09:55 Formula 1
-
Formula 2: İsveçli pilot sprint yarışının qalibi oldu
Bugün, 09:41 Formula 1
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
Bugün, 08:00 Formula 1
-
Azərbaycan boksçusu Avropa çempionu olub
24.09.2026, 22:34 Boks
-
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
24.09.2026, 19:28 Şahmat
-
Çimərlik güləşi üzrə millimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
24.09.2026, 17:48 Güləş
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Azərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub
24.09.2026, 14:00 Olimpiya dünyası
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo