Vətən Müharibəsində şəhid olan cüdoçularımız

Vətən Müharibəsində şəhid olan cüdoçularımız

Vətən Müharibəsində Azərbaycan cüdo ictimaiyyətinin nümayəndələri, cüdoçular, məşqçilər və cüdo hakimləri də iştirak ediblər. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 44 günlük savaşlarda 100-dən çox cüdoçunun 17-si şəhidlik zirvəsinə yüksəlib. Ordu sıralarına könüllü qoşulan və hərbçi kimi vuruşan cüdoçu igidlər torpaqların bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.

Onlardan biri qısa zaman kəsiyində adı dillər əzbərinə çevrilmiş Cəbrayıl Dövlətzadədir. Bu gün 19 yaşlı qəhrəmanın adını Azərbaycanda eşitməyən, tanımayan yoxdur. Sumqayıtda cüdo məktəbinin yetirməsi olan Cəbrayıl o igidlərimizdəndir ki, onun haqqında hər kəs bilməli, danışmalı, anmalı və fəxr etməlidir! O, düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb.

Döyüş yoldaşları bildirirlər ki, Cəbrayıl düşmənlə üz-üzə gələrkən onlardan övladlarının başsız qalmaması naminə geri qayıtmağı tələb edib. Qəhrəman əsgərimiz digər hərbçi yoldaşlarını qorumaq üçün subay olduğunu əsas gətirərək önə atılıb. Özü 10-a yaxın erməni quldurları ilə təkbaşına əlbəyaxa döyüşə girib. İki erməni zabitini əlləri ilə boğaraq öldürüb və özü də qəhrəmancasına şəhid olub. Ali Baş Komandanın göstərişi ilə İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun məzarının yanında dəfn olunub.

Azərbaycan cüdo məktəbinin daha bir şəhidi isə tankçı Vüsal Dəmirovdur. O, İsmayıllı rayonunda SSRİ idman ustası, Fəxri bədən tərbiyəsi və idman işçisi Bəhman Əkbərovla Əməkdar məşqçi Əkbər Şəfqətovun rəhbərlikləri altında məşq edib. Vaxtilə bir çox region yarışlarının, klub və cəmiyyətlərarası cüdo birinciliklərinin mükafatçısı, Bakı şəhər açıq birincilikləri, Azərbaycan birinciliyi və çempionatının iştirakçısı olub. Bundan əlavə, Vüsal texniki işçi kimi federasiyanın keçirdiyi tədbirlərdə Yarışların Təşkili və Keçirilməsi Komitəsinin işçisi kimi çalışıb. Vüsal Dəmirov döyüşlərdə igidliklə vuruşaraq qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Qarabağ" ordeninə layiq görülüb.

Masallı rayon Uşaq Gənclər İdman Məktəbinin cüdoçusu kimi region və respublika miqyaslı yarışlarda dəfələrlə medallar qazanmış İntiqam Əsgərli isə Şuşa uğrunda gedən döyüşlərdə həlak olub. Qardaşı Nurlan Əsgərli 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Həmin vaxt o da döyüşlərdə iştirak edib. Bu dəfə İkinci Qarabağ savaşında İntiqam da şəhid olub. İntiqam Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. İntiqam doğulduğu Masallı rayon Kalinovka kəndində böyük izdihamla dəfn edilib. 4 il əvvəl qardaşını müharibədə itirdiyinə görə komandanlıq İntiqama Şuşa uğrunda döyüşlərə qatılmamağı tapşırsa da, o, etiraz edib və sona qədər vuruşub.

Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan cüdoçularının siyahısı:

 

1. Babayev Rəşad. 1992. Gizir. Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb.
2. Mədətov Zaur. 1999. Füzuli uğrunda döyüşlərdə şəhid olub.
3. Dəmirov Vüsal. 1994. Füzuli uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra "Qarabağ" ordeninə layiq görülüb.
4. Dövlətzadə Cebrayıl. 2001. Cəbrayılda şəhid olub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə layiq görülüb.
5. Hüseynov Röyan. 2001. Hadrutda şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb.
6. Əliyev Rüfət. 1992. Gizir. Zəngilanda şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb.
7. Seyfullayev Araz. 2001. Cəbrayılda şəhid olub.
8. Hadıyev Vüsal. 2000. Füzulidə şəhid olub.
9. Sübhan Həsənov. 2001. Hadrutda şəhid olub.
10. İntiqam Əsgərli. 1994. Gizir. Şuşa uğrunda döyüşdə şəhid olub. Ölümündən sonra "Vətən müharibəsi qəhramanı" adına layiq görülüb.
11. Elvin Məmmədov. 1992. Ağdərədə şəhid olub.
12. İsmayıl İrapov. 2002. Füzulidə şəhid olub.
13. Qədirov Elvin. 2001. Cəbrayılda şəhid olub.
14. Fəqan Məmmədov. 1998. Füzulidə şəhid olub.
15. Ehtiram Əhmədov. 2001. Füzulidə şəhid olub.
16. Rəsul Süleymanov. 2002. Mübariz İbrahimov Postunda şəhid olub.
17. Novruz Həsənov. 1996. Şuşa uğrunda döyüşdə həlak olub.
18. Ruhid İslamlı - 1999-cu il - Füzulidə həlak olub.

Vətən Müharibəsində şəhid olan cüdoçularımız Vətən Müharibəsində şəhid olan cüdoçularımız Vətən Müharibəsində şəhid olan cüdoçularımız Vətən Müharibəsində şəhid olan cüdoçularımız