2020-ci ilin ən yaxşı boksçuları məlum olub

2020-ci ilin ən yaxşı boksçuları məlum olub

Boks yarışlarını işıqlandıran nüfuzlu The Ring jurnal 2020-ci ilin iki ən yaxşı boksçusunun adını açıqlayıb. Jurnalın müəlliflərinin fikrincə, bu WBC-nin versiyasına görə ağır çəki dərəcəsində hazırki dünya çempionu Tayson Füri və yüngül çəki dərəcəsində mütləq çempion Teofimo Lopezdir.

Xatırladaq ki, 32 yaşlı T.Füri 2020-ci ildə bir döyüş keçirib. Fevral ayında o, amerikalı Deontey Uaylderin yeddinci raundda texniki nokautla qalib gələrək WBC-nin Çempionluq kəmərini rəqibinin əlindən alıb. Onun hesabında peşəkar boks karyerasında 31 döyüş: 30 qələbə (21 nakaut daxil olmaqla) və bir heç-heçə var.

23 yaşlı Lopez də 2020 ildə bir qarşılaşma keçirib. Oktyabr ayında O, hakimlərin yekdil qərarı ilə Ukraynalı boksçusu Vasili Lomaçenkonu məğlub edib və IBF kəmərini özündə saxlayaraq, WBA və WBO çempionluq kəmərini rəqibinin əlindən alıb.