Mayk Tayson yenidən rinqə çıxacaq

Mayk Tayson yenidən rinqə çıxacaq

Olimpizm xəbərləri

02.01.2021, 17:13

Amerikalı boksçu Mayk Tayson təkbətək döyüşlər keçirməyə davam edəcəyini təsdiqləyib. 54 yaşlı Tayson bildirib ki, o, başqa boks veteranlarının çıxışa hazırlığından təsirlənib. O, qeyd edib ki, 2021-ci ildə yenidən döyüşəcək. Boksçunun sözlərinə görə, "o, bu dəfə daha yaxşı görünəcək". Tayson rinqə noyabrda qayıdıb. Onun boks üzrə digər sabiq dünya çempionu Roy Consla təkbətək döyüşü heç-heçə qurtarıb. Hər iki boksçu bu halda döyüşün nəticələrini qəbul etməkdən imtina edib. Tayson ötən il aprelin sonunda xeyriyyə yarışlarına görə peşəkar rinqə qayıtmaq arzusunu bildirib. Amerikalı idmançı 2005-ci ildən döyüşlər keçirmirdi. Ondan sonra keçmiş rəqibi Evander Holivild də yenidən döyüş keçirmək hazırlığını ifadə edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR