Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Hacıyev Fuad Hacı oğlu

 

“Tərəqqi” medalı ilə

Adıgözəlova Leyla Xudat qızı

Cabbarlı Bəhruz Ərzuman oğlu

Əbiyev Qalib Şamil oğlu

Əbiyev Telman Qulam oğlu

Hüseynov Fərhad Cəfər oğlu

Quliyev Yusif Nazir oğlu

Mahmudova Zümrüd Arif qızı.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2021-ci il.