Parisdə fərqlənənlər Tokioya gedəcəklər

Parisdə fərqlənənlər Tokioya gedəcəklər

Olimpizm xəbərləri

03.03.2021, 10:29

Boks üzrə Avropa Olimpiya təsnifat turnirinin yeri və vaxtı dəqiqləşib. Tokio Yay Olimpiya Oyunlarına vəsiqələrin sahibləri Parisdə müəyyənləşəcək. Yarış iyunun 4-də start götürəcək və 8-də başa çatacaq. Amerika Olimpiya təsnifat turniri isə mayın 10-16-da Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq. Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri ötən il martın 14-də başlamışdı. Londonda keçirilən yarış koronavirus pandemiyası səbəbindən üç gündən sonra dayandırılmışdı. Azərbaycan millisinin heyətində hələlik Tayfur Əliyev (57 kq) Olimpiadada iştirak hüququ qazanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR