Yığmamız «Yuventus»un stadionda

Yığmamız «Yuventus»un stadionda

BOK

04.03.2021, 14:22

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus" klubuna məxsus stadionda təşkil olunacaq. Bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus" klubundan göndərilib. AFFA tərəfindən isə razılıq verilib. Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır. UEFA AFFA-ya, Portuqaliya Futbol Federasiyasına və İtaliya Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edib

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR