Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilir. 93 ölkənin idmançılarının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycanı 13 cüdoçu təmsil edir. Yarışın ilk günü milli komandamız aktivinə bir bürünc medal yazdırıb. Komandamıza yeganə medalı Nicat Şıxəlizadə (66 kq) qazandırıb. Təmsilçimiz 1/16 finalda Çingizxan Saginaliyevi (Qırğızıstan) və 1/8 finalda Dmitri Minkounu (Belarus) mübarizədən kənarlaşdırıb. Sonra idmançımız 1/4 finalda komanda yoldaşı Orxan Səfərovla görüşüb və qarşılaşmadan qalib ayrılıb. Yarımfinalda yaponiyalı cüdoçu Abeyə uduzan Nicat 3-cü yer uğrunda qarşılaşmada Fransanı təmsil edən Kilian Le Bloşla üz-üzə gəlib. Rəqibinə qalib gələn Nicat Şıxəlizadə bürünc medal qazanıb.
Qeyd edək ki, "Böyük Dəbilqə"yə aprelin 3-də yekun vurulacaq.
Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal qazandı