Antalyada keçirilən “Böyük dəbilqə” turnirinin ikinci yarış günündə daha 3 cüdoçumuz mübarizəyə başlayır.
Kişiklərin yarışında 81 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev Abılayxan Zubanazar (Qazaxıstan) - Damian Stepien (Polşa) cütünün qalibi, Zelim Tskayev isə madaqaskarlı Fetra Ratsimizia ilə güclərini sınayacaqlar.
Qadınların yarışında isə Günel Həsənli mübarizəyə başlayacaq. 70 kq çəki dərəcəsində çıxış edəcək cüdoçumuzun ilk rəqibi Maria Bernabeu (İspaniya) olacaq.
Qeyd edək ki, komandamızın aktivində, hələlik 1 medal var. Belə ki, Nicat Şıxəlizadə (66 kq) turnirin bürünc medalını qazanıb.
Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur. Yarış aprelin 3-dək davam edəcək.
Bu gün daha 3 cüdoçumuz “Böyük dəbilqə”də turnirində mübarizəyə başlayır