Sumqayıt Olimpiya İdman Kompleksinə yeni direktor təyin olundu

Sumqayıt Olimpiya İdman Kompleksinə yeni direktor təyin olundu

General-mayor Natiq Əliyev Sumqayıt Olimpiya İdman Kompleksinin direktor vəzifəsinə təyin olunub. 1999-2012-ci illərdə Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışan N.Əliyev karate-do üzrə 3-cü dan idman dərəcəsinə malikdir.
Ehtiyatda olan hərbi zabit əvvəllər AFFA-nın İcraiyyə Komitəsinin üzvü və Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. Hazırda Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.
Natiq Əliyev 2012-2020-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, ötən ilin iyun ayından bu vəzifədən azad olunaraq ehtiyata buraxılıb.
Qeyd edək ki, Natiq Əliyevdən əvvəl Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru boks millimizin sabiq baş məşqçisi Məmməd Eyvazov olub. O, ötən ilin dekabr ayında  koronavirusdan dünyasını dəyişib.