Azərbaycan idmançıları Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına indiyədək 9 lisenziya qazanıblar.Lisenziyalar atletika (3), atıcılıq (2), üzgüçülük (3) və pauerliftinq (1) üzrə əldə edilib.
Paralimpiya Oyunlarına vəsiqəni atletika üzrə Oloxan Musayev, Samir Nəbiyev, Kamil Əliyev, üzgüçülük üzrə Raman Salei, Dana Şandıbina, Vəli İsrafilov, güllə atıcılığı üzrə Yelena Taranova, Kamran Zeynalov, pauerliftinq üzrə Elşən Hüseynov qazanıblar.
Hazırda lisenziya yarışları davam edir.