Yeniyetmə şpaqaçılarımız dünya birinciliyində mübarizə aparıblar

Yeniyetmə şpaqaçılarımız dünya birinciliyində mübarizə aparıblar

BOK

12.04.2021, 15:06

Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya birinciliyində yeniyetmə şpaqaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. Təmsilçilərimizdən qrup mərhələsini iki qələbə ilə bitirən Nazilə Rəhimova və Azərin İdriszadə pley-offa yüksəlməyi bacarıb. N.Rəhimova pley-offda özbəkistanlı şpaqaçı Şaxzoda Egamberdiyeva (11:15), Azərin İdriszadə isə yunan idmançı Andriana Teodoropoluya (10:15) uduzub. Qrup mərhələsini qələbəsiz başa vuran Alfiya Abdinova və hesabında bir qələbəsi olan Fuad Qurbanov isə mübarizəni erkən dayandırıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR