Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyinə start verilib. Mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü - 56 kiloqram çəki dərəcəsində Əzrək Bəbirov rinqə çıxıb. Onaltıdabir final mərhələsi çərçivəsində Maksat Jusipovla (Qırğızıstan) qarşılaşan boksçumuz rəqibinə 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, səkkizdəbir finalda ilk mərhələdən azad olan tailandlı Panuvat Çunjan-Atla ilə üz-üzə gələcək. Bu qarşılaşma aprelin 17-də baş tutacaq.
Qeyd edək ki, yığmamız 52 ölkədən 414 boksçunun (274 oğlan, 140 qız) qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.
Boksçumuz ilk görüşünü qələbə ilə başa vurdu