Yaponiyada təşkil olunan Olimpiya məşəli estafeti zamanı gözlənilməz hadisə baş verib. Belə ki, estafetin keçirilməsini təmin edən əməkdaşların birinin koronavirus testi müsbət nəticələnib. Bu, tədbirin keçirilməsi zamanı xidmət edən işçilərdə aşkar edilmiş ilk koronavirus faktıdır.
Qeyd edək ki, Olimpiya alovunun estafeti martın 25-də başlayıb və iyulun 23-dək davam edəcək. Tədbirdə 10 min məşəl daşıyıcısının iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək Tokioda keçiriləcək.
Olimpiya Oyunlarının estafetində ilk dəfə koronavirus aşkarlanıb