Kikboksinq Federasiyasında yeni təyinat rəsmiləşdirilib
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) ofisində yeni təyinat rəsmiləşdirilib. AKF-dən “Olimpiya dünyası” qəzetinə verilən məlumata görə iş adamı Ədalət Kazımov federasiya prezidenti Orxan Əliyev tərəfindən AKF İdarə Heyətinin üzvü təyin olunub.
Təyinat zamanı AKF-nin rəsmiləri, federasiyanın prezidenti Orxan Əliyev, 1-ci vitse-prezident Ehram Məcidov, baş katib və milli komandanın rəisi Sadıx Bağırov iclas keçirib.
AKF-nın yeni İdarə Heyətinin üzvü Ədalət Kazımov ona bu böyük etimad göstərməyinə görə ilk növbədə federasiyanın fəxri prezidenti, Milli Məclisinin sədr müavini cənab Adil Əliyevə, həmçinin rəhbərlik heyətinə öz təşəkkürlərini bildirib, kikboksinq idman növünün inkişafında, həmçinin federasiyanın fəaliyyətində əlindən əsirgəməyəcəyini vurğulayıb.